Alternative content

10:04 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dmitri Savelyev: Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsidir
Dmitri Savelyev: Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsidir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
21:13 10.09.2019

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət prosesləri xeyli sürətlənməkdədir: cəmi bir həftə ərzində Azərbaycan nümayəndə heyəti Şərq İqtisadi Forumunun işində iştirak edib, Rusiya Təhlükəsizlik Şurasının katibi isə Bakıda öz həmkarı ilə görüşüb. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu və digər proseslərin perspektivlərini şərh edir.

-Dmitri İvanoviç, iqtisadiyyat sahəsində Rusiya-Azərbaycan tərəfdaşlığının dinamikası bizim söhbətlərimizin daimi mövzusudur. Qarşılıqlı əmtəə dövriyyəsində vəziyyət necədir?

-Bəri başdan qeyd etməliyəm ki, son illərdə Rusiya Azərbaycanın ticarət tərəfdaşlarının siyahısında davamlı olaraq aparıcı yerlərdən birini tutur, ölkələrimiz arasında ticarətin həcmi isə durmadan artır: cari ilin 7 ayı ərzində əmtəə dövriyyəsinin həcmi 1,6 milyard dollar olub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. Bu il yayda Azərbaycan Rusiyadan taxıl alınması üzrə rekord göstərib: Ulyanovsk vilayətindən ixrac edilən taxılın 70 faizi azərbaycanlı istehlakçılara göndərilib, Azərbaycana taxıl satan ənənəvi tərəfdaş olan Stavropol diyarı isə bu respublikaya 146 min ton taxıl yola salıb. Bu, bir il əvvəlki ilə müqayisədə üç dəfə çoxdur.

-Bu yaxınlarda Bakıda başa çatmış biznes-missiya hər hansı yeni meyilləri aşkar edibmi?

-Azərbaycanın təşəbbüsü ilə başlanmış bu pilot təcrübəsi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməyə gəlmişdi. Qarşı tərəfin bu tədbirə marağı çox böyük idi: Azərbaycan tərəfindən 16 sahəni təmsil edən 150 müəssisə bu görüşə qoşulmuşdu. Biznes-missiya dövründə üç kontrakt imzalandı, daha bir neçə saziş isə ilkin razılaşma mərhələsindədir. Rusiyadan ixracın yeni perspektivli istiqamətləri arasında süd məhsulları, taxta-şalban, faner və tikinti armaturunun adlarını çəkmək olar. Azərbaycanlı tərəfdaşlar bu mallar üçün sifarişlərini bizə təqdim etməyə hazırdırlar.

-Şərq İqtisadi Forumu azərbaycanlı sahibkarlarda maraq doğura bildimi?

-Bu maraq qarşılıqlıdır. Üstəlik, dünyada iqtisadi inkişaf sürətinin azalması şəraitində Azərbaycan iqtisadiyyatı kimi inkişaf etməkdə olan iqtisadiyyat iri investorlarda güclü maraq oyadır. Fikrimcə, Odlar Diyarını çoxlu ciddi biznes təklifləri gözləyir. Forum özü isə Azərbaycan üçün ona görə maraqlıdır ki, o, qeyri-iqtisadi səbəblərə görə biznes əlaqələrini məhdudlaşdıran Avropa bazarları ilə müqayisədə siyasi şəraitin qat-qat sərfəli olduğu Asiya bazarlarına yol açır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edir və bu meyil güclənməkdədir, çünki Azərbaycanın nəqliyyat-logistika potensialı qitə miqyasında inteqrasiyanı gücləndirir. Yeri gəlmişkən, forum müddətində Rusiya ilə Hindistan arasında imzalanmış sənədlər paketi gömrüklə bağlı və digər maneələrin çoxunu aradan qaldırır. Bu o deməkdir ki, Azərbaycanın dəmir yol və dəniz nəqliyyat imkanlarının cəlb edildiyi "Şimal-Cənub” nəqliyyat dəhlizi daha dinamik fəaliyyət göstərəcək. Bu da öz növbəsində, respublikanın regionda iqtisadi və siyasi mövqelərini xeyli gücləndirəcək.

-Son vaxtlar Azərbaycan kibertəhlükəsizlik strategiyasının işlənib hazırlanması ilə məşğuldur. Bu strategiyanın zəruriliyi nə ilə bağlıdır?

-Ölkələrimiz beynəlxalq terrorizm və transmilli cinayətkarlıqla bağlı, əvvəllər misli görünməmiş çağırışlarla üzləşir. Belə çağırışlardan biri texnoloji xarakter daşıyır. Dünya yeni dövrə - məlumat axınına nəzarət sistemlərinin rəqabəti dövrünə qədəm qoyub. Bu halda informasiya mühiti müxtəlif kibernetik hücumlar nəticəsində deformasiyaya məruz qalır. Buna görə də biz xarici informasiya təhlükəsizliyi sistemlərini birlikdə yaratmalıyıq və burada Rusiya Azərbaycana çox kömək edə bilər. Məsələn, bizim xüsusi xidmətlərin nümayəndələri azərbaycanlı həmkarlarına xəbərdarlıq ediblər ki, ilk baxışda heç bir şübhə doğurmayan kompüter oyunlarının və kvestlərin köməyi ilə gəncləri terror qruplarına cəlb etməyin yeni formaları yaranıb. Düşünürəm ki, bu xəbərdarlıq Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ekstremistlərin vaxtında aşkar olunmasına kömək edəcək. Beləliklə, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsinə çevrilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM