Alternative content

04:05 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mətbuat nümayəndələri “TurAz Qartalı-2019” birgə təlimlərinin gedişini izləyiblər
Mətbuat nümayəndələri “TurAz Qartalı-2019” birgə təlimlərinin gedişini izləyiblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:52 10.09.2019

"TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələri iştirak edir. Sentyabrın 10-da mətbuat nümayəndələri "TurAz Qartalı-2019” birgə təlimlərinin gedişini izləyiblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 2-dən başlayan təlimlərə "MiQ-29”, "F-16”, "Su-25”, "P-235”, "Kasa” təyyarələri, "Mi-35”, "Mi-17”, "Sikorski UH-70”, "CH-47” "Çinok” və "ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi və 300-dək hərbi qulluqçu cəlb edilib.

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi, hava döyüşlərinin icrası və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti Faiq Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, sentyabrın 10-da keçirilən təlimlərdə iki ədəd "F-16” qırıcı təyyarəsi Azərbaycanın hava məkanında təyin edilmiş bölgədə "MiQ-29” və "Su-25” təyyarələri ilə görüşərək önləmə və "Hava-Hava-Yer” tapşırıqlarını yerinə yetirməklə şərti düşmən hədəflərinə zərbələr endiriblər.

Faiq Əliyev bildirib ki, əvvəlki illərdə keçirilən təlimlərdən fərqli olaraq builki təlimlərdə Türkiyə Respublikasının istehsalı olan "ATAK” helikopterləri də iştirak edir. Təlimlərin gələn il Türkiyə Respublikasında keçirilməsi nəzərdə tutulur.

Təlimlər sentyabrın 16-dək davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM