Alternative content

23:18 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğalçı Ermənistanın 3,2 milyard dollarlıq dəmir yolu xətti ilə bağlı xam xəyalları
İşğalçı Ermənistanın 3,2 milyard dollarlıq dəmir yolu xətti ilə bağlı xam xəyalları
ANA SƏHİFƏ / DÜNYA
15:28 10.09.2019
Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və beynəlxalq hüquq normalarına zidd olan bu qanunsuz hərəkətləri ucbatından təcrid olunmuş, iqtisadiyyatı çökmüş və demoqrafik problemlərlə üzləşmiş Ermənistan oktyabrın 1-də Yerevanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edəcək İran Prezidenti Həsən Ruhaniyə böyük ümidlər bəsləyir. Söhbət həyata keçirilməsi mümkün olmayan və Ermənistan hökumətinin maliyyə imkanları üçün fantastik məbləğ təşkil edən 3,2 milyard dollarlıq dəmir yolu xəttinin tikintisindən gedir.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan hökuməti bu mövzu ətrafında İran rəsmiləri ilə dəfələrlə müzakirələr aparıb. Erməni şərqşünası Vardan Voskanyan jurnalistlərə müsahibəsində bildirib ki, Türkiyə və Azərbaycanı yan keçməklə çəkilməsi nəzərdə tutulan bu nəqliyyat xətti üzrə proqram hələ 2014-cü ildə qəbul olunub. İndi ermənilər üçün xəyal olan həmin layihənin "dirilməsi” üçün yenidən İran Prezidentinə müraciət ediləcək. Ermənilərin İranı şirnikləndirəcəyi əsas cəhət isə Tehranın guya bu dəmir yolu ilə Qara dənizə və oradan da Çinə daha asan çıxış əldə edəcəyidir. Amma İran-Çin-Ermənistan formatında layihə həyata keçirilməsi xəyalında olan ermənilər özləri də etiraf edirlər ki, iranlı tacirlərin Uzaq Şərqə çıxış üçün istifadə edəcəkləri çoxlu sayda nəqliyyat dəhlizləri mövcuddur. Həsən Ruhaninin səfəri ərəfəsində erməni mətbuatında qaldırılan bu məsələ isə yəqin ki, yenə də real sərmayəçi olmadığından təxirə salınacaq.

Erməni ekspertləri bildirirlər ki, həmin bahalı layihə bir yana dursun, hökumət heç Ermənistanla İran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisi və bu ölkəyə İran qazının tədarükünün artırılması məsələlərini belə həll edə bilmir. Əsas səbəb yenə də maliyyə çatışmazlığıdır. Həm də nəzərə alınmalıdır ki, müstəqil olmayan və Rusiyanın müvafiq qurumu tərəfindən idarə edilən Ermənistan dəmir yolu idarəsinə sərmayəçi tapmaq o qədər də asan deyil.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM