10 Sentyabr 2019 13:22
524
DÜNYA
A- A+

Əfqanıstanda şiddətli döyüşlər gedir: “Taliban” bir rayonu və 17 polis məntəqəsini ələ keçirib


TOLONews xəbər agentliyi xəbər verir ki, Dohada ABŞ və "Taliban” liderləri arasında əldə olunmuş razılaşmadan sonra Əfqanıstanda vəziyyət daha da gərginləşib. Hazırda ölkənin Taxar əyalətində hökumət qüvvələri ilə "Taliban” silahlıları arasında şiddətli döyüşlər gedir.

AZƏRTAC agentliyin saytına istinadla xəbər verir ki, döyüşlər nəticəsində Taxar əyalətinin Yanğı Qala rayonu və 17 polis-nəzarət məntəqəsi "Taliban” silahlıları tərəfindən ələ keçirilib. Əyalətin qubernatoru Məhəmməd Cavad Hicri bildirib ki, silahlıların hücumu iki gün əvvəl başlayıb və hökumət qüvvələri onları zəbt etdikləri ərazilərdən sıxışdırıb çıxarmağa çalışır. Onun sözlərinə görə, döyüşlərdə 28 "Taliban” silahlısı, o cümlədən qruplaşmanın komandiri Molla İmamuddin öldürülüb. Qubernator əlavə edib ki, hökumət qüvvələri dinc əhali arasında itkilərin olmamasına çalışıb və bundan istifadə edən "Taliban” silahlıları Yanğı Qala rayonunu ələ keçiriblər. O, əsgərlər arasında həlak olan və yaralılarla bağlı məlumat verməyib. "Taliban” isə bildirib ki, əyalətə hücum zamanı çoxlu sayda əsgər və zabiti qətlə yetiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video