Alternative content

10:39 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri Naxçıvanın tarixi-mədəni abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri Naxçıvanın tarixi-mədəni abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:55 10.09.2019

Sentyabrın 9-da Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin İqtisadi əməkdaşlıq şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanış olublar.

Naxçıvan Dövlət Xalça Muzeyinə gələn nümayəndələrə məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3400-dən çox eksponat var.

Daha sonra qonaqlar "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Xan sarayında məlumat verilib ki, bu muzey Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq yaradılıb. Muzeyin 9 ekspozisiya zalı var. Burada 430-a yaxın eksponat nümayiş etdirilir.

Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu abidə 1186-cı ildə ucaldılıb. Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da qonaqlara ətraflı məlumat verilib.

"Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı qonaqların nəzərinə çatdırılıb ki, abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən bərpa edilib. "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

Nümayəndə heyətinin muxtar respublikaya səfəri davam edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM