Alternative content

04:02 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda İndoneziyanın müstəqilliyinin 74-cü ildönümü qeyd olunub
Bakıda İndoneziyanın müstəqilliyinin 74-cü ildönümü qeyd olunub
ANA SƏHİFƏ / SİYASƏT
00:40 10.09.2019


Sentyabrın 9-da İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 74-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Qəbulda çıxış edən səfir Hüsnan Bəy Fənani İndoneziyanın keçdiyi inkişaf yolundan danışıb.

Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən səfir münasibətlərimizin son illərdə daha da inkişaf etdiyini deyib. Əlavə edib ki, İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. Siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İndoneziya və Azərbaycan arasında yüksəksəviyyəli səfərlər təşkil olunur.

Səfir vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 28 ildə ölkələrimiz arasında əməkdaşlıq genişlənib və bu gün də sürətlə inkişaf edir. O, İndoneziya iş adamlarının Azərbaycana mütəmadi səfərlərini xatırladaraq bildirib ki, indoneziyalı investorlar ölkəmizdə iş qurmaqda maraqlıdırlar.

Hüsnan Bəy Fənani ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərini də diqqətə çatdırıb.

Diplomat qeyd edib ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O əlavə edib ki, hər iki ölkə terrorçuluğa qarşı əməkdaşlığı daha da inkişaf etdirməlidir. Kənd Təsərrüfatı naziri İnam Kərimov rəsmi qəbulda çıxış edərək Azərbaycan hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, son 28 ildə ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.

İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir əlavə edib ki, Azərbaycanın reallaşdırdığı BTQ dəmir yolu beynəlxalq platformada önəmli layihədir. İ.Kərimov İndoneziyanın da bu mühüm layihəyə qoşulacağına əmin olduğunu bildirib.

Nazir vurğulayıb ki, İndoneziya səfirliyi son iki ildə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir. Bu isə xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir.

İnam Kərimov ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM