Alternative content

10:38 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bağlarda badam yığılır
Bağlarda badam yığılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 10.09.2019


Qusar rayonunun yeni salınmış badam bağlarında ilk məhsul yığılır. Qalacıq kəndində yerləşən, ümumi sahəsi 86 hektar olan iri meyvəçilik təsərrüfatının 10 hektarında badam bağı salınıb. Becərilən badam tingləri yerli şəraitə uyğunlaşıb və normal inkişaf edir.

İki il öncə əkilən badam bağında orta məhsuldarlıq müşahidə olunur. Badam ağacları tam məhsula düşəndən sonra hər hektardan 6-10 ton məhsul yığılacaq. Təsərrüfatçı Baba Ağaşirinov deyir ki, badam yığımı sentyabrın sonlarına kimi yekunlaşacaq. Bağdan toplanan məhsul yerli bazarda satılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Qusarda 10, Şabranda isə 33 hektar badam bağı salınıb. Əkilən badam sortu amerikan mənşəlidir. "Guara” adlı badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.

İnstitutun direktor müavini Vahid Əliyev bildirib ki, ölkə ərazisində badam bağlarının sahəsinin artırılması diqqətdə saxlanılır. Növbəti mərhələdə institutun layihəsi əsasında daha 150 hektar sahədə intensiv bağların salınması nəzərdə tutulub. Bunun bir hissəsini badam ağacları təşkil edəcək. Yeni bağların salınmasında istifadə olunacaq badam tingləri də institutun öz laboratoriyalarında mikroklonal üsulla yetişdiriləcək.

Qusarla yanaşı, Şabranın Ağalıq kəndində salınmış 23 hektar badam bağında da bu il ilk məhsul yığılır.

Son illər şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.

Qeyd edək ki, dünya bazarında badama böyük tələbat var və o, bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM