Alternative content

10:40 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan terrorçularla birləşir
Paşinyan terrorçularla birləşir
ANA SƏHİFƏ / SİYASƏT
00:36 10.09.2019


İşğalçı ölkədə hakimiyyətə qarşı narazılıqların miqyası daha da genişlənir


2018-ci ilin mayında Ermənistanda hakimiyyəti ələ keçirmiş baş nazir Nikol Paşinyan nə qədər çək-çevir etsə də, ötən müddət ərzində nəinki ölkə ictimaiyyətinin, hətta yaxın tərəfdarlarının da ümidlərini doğrulda bilmir.

Hökumət başçısının vaxtilə verdiyi vədlər söz olaraq qalır, cəmiyyətdə siyasi ab-havanı normal məcraya salmaq, milli iqtisadiyyatı irəli aparmaq üçün elə bir təsirli tədbir görülmür. Paşinyan indiki halda boşboğazlıqdan o tərəfə keçmir, xalq isə davam edən siyasi kataklizmləri müşahidə etmək məcburiyyətində qalır.

Bütün bunlara paralel olaraq Ermənistanın yeni hakimiyyəti ilə Sarkisyan-Koçaryan koalisiyası arasında yaranan qarşıdurma ölkədə siyasi sahə ilə yanaşı sosial-iqtisadi sferada da ciddi problemlər yaradır. Əsas səbəb isə odur ki, ölkənin maliyyə rıçaqları, iqtisadiyyatın bir çox mühüm sferaları, deyilənə görə, hələ də keçmiş hakimiyyətin nəzarətindədir. İndi onlar baş nazir Nikol Paşinyanın mövqelərini laxlatmaq üçün əllərində olan bütün imkanlardan yararlanmağa çalışırlar.

Ermənistanda siyasi müstəvidə zorakılıq hallarının artması da ciddi təhdid mənbəyi kimi qeyd olunur. Xatırladaq ki, bu hal xüsusən də 2016-cı il iyulun 17-də Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək girovlar götürmüş "Sasna Tsrer” qruplaşması ilə bağlı özünü qabarıq göstərir. Qeyd edək ki, həmin vaxt "Sasna Tsrer” qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış və post-patrul xidmətinin binasına hücum edərək 6 nəfəri girov götürmüşdü. Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra isə "Sasna Tsrer” terror təşkilatının "xaç atası”, o cümlədən qruplaşmanın mənəvi lideri Jirayr Səfilyan həbsdən azad edilmişdi. Səfilyanla yanaşı, təşkilatın digər üzvləri Gevorq Safaryan, Nerses Poğosyan, Qalust Qrigoryan, Hrayr Topçyan, Sasunik Kirakosyan, Ovhannes Petrosyan azadlığa buraxıldılar.

Bu günlərdə Paşinyan "Sasna Tsrer” terrorçu partiyasının lideri J.Səfilyanı və partiyasının siyasi şurasının üzvü Qaregin Çugasyzyanı qəbul edib. Səfilyan mətbuata verdiyi açıqlamasında baş nazirlə danışıqların nəticələri barədə məlumat verib: "Köhnə rejimdən miras qalan problemlərdən danışdıq. Əsas odur ki, gördüyümüz təhdidlərdən xəbərdarlıq edəcəyik. Ümid edirik ki, bu istiqamətdə ünsiyyət daha sıx olacaq. Hamımız sabiqlərin qisas almağa necə hazırlaşdıqlarını görürük. Biz bu qisasa imkan verməyəcək qüvvəyik. Qalan təfərrüatlar barədə gələcəkdə açıqlama verəcəyik”.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə siyasi vəziyyətin gərginləşməsi və Paşinyanla "Qarabağ qrupu” adlanan dəstə arasında dərinləşən qarşıdurma hakimiyyəti şəxsən baş nazirə sadiq silahlı dəstələr yaratmağa məcbur edir.

Ermənistanın sabiq təhsil naziri, Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan sensasion açıqlamaları ilə sosial şəbəkələr vasitəsilə xalqa müraciət edərək Paşinyanın ünvanına sərt tənqidlər yağdırıb: "Paşinyan faktiki olaraq Ermənistanda keçmiş məmurlardan qisasalma missiyasını və bəzi oliqarxlara hədə-qorxu gələrək rüşvətalma kampaniyasını həyata keçirir. O, xalqın fikirlərini yayındırmaq üçün "1 mart hadisələri” pərdəsi altında respublikaçıların fəal üzvlərini və keçmiş generalları siyasi təqiblərə məruz qoyaraq onlardan qisas alır. Lakin Paşinyan bu gün Ermənistanda polis zorakılığı nəticəsində dinc sakinlərə divan tutulduğunu görmür. Dünyada ikinci elə bir ölkə tapılmaz ki, son 1 il ərzində bu qədər sifarişli həbslər, polis zorakılığı baş versin. Həbsxanalarda, demək olar ki, boş yer qalmayıb. Məhkəmə orqanları isə sifarişləri həyata keçirməklə məşğuldur. Paşinyan mövqeyini qoruyub saxlamaq üçün hər cür üsula əl atır. O, terrorçu "Sasna Tsrer” blokunun lideri Jirayr Səfilyanla gizli görüşərək yeni plan hazırlayır. Paşinyan bu hiyləgər arzusunu reallaşdıra bilməyəcək”.

İş o yerə çatıb ki, Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” parlament fraksiyasında da, "Vətəndaş razılaşması” partiyasında da fikir ayrılıqları açıq şəkildə özünü büruzə verməkdədir. Hakim komanda daxilində birliyin olmaması Paşinyanın durumunu daha da çətinləşdirir. Hələ də həllini tapmayan Amulsar qızıl yatağı ilə bağlı hakim fraksiyada ciddi mövqe fərqləri var. Böyük əksəriyyət yatağın istismarını ölkənin ekologiyası, insanların sağlamlığı üçün təhlükə hesab edir.

Bu günlərdə mandatdan imtina etmiş "Mənim addımım” hakim parlament fraksiyasının deputatı Edqar Arakelyan da məhz Amulsarın istismarından narazı idi. Etiraf etməsə də, onun Amulsar və digər məsələlərlə bağlı istefa verdiyi barədə Ermənistan mətbuatı məlumatlar dərc edib.

Ermənistanın "Lragir” qəzeti yazır ki, bu durumda ölkəni iqtisadi sahədə çətin günlər gözləyir: "Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, biz yenidən milli valyutamız dramın növbəti devalvasiyasının şahidi olduq. Mənbəmiz bildirdi ki, Mərkəzi Bank hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları xeyli məhdudlaşıb. Bütün bunlar Serj Sarkisyan hakimiyyətinin qoyduğu miraslardır”.

Ümumiyyətlə, görünən budur ki, Ermənistanda sosial zəmində etirazlar getdikcə artır. Ölkədə müsbətə doğru dəyişən nəsə yoxdur. Hətta iş o yerə çatıb ki, Yerevanın yaxınlığında yerləşən Nubaraşen həbsxanasında məhkumlar da üsyan qaldırıblar. Onlar koloniyada baş verən qanunsuzluqlarla, məhkumların saxlanılması şəraitinin acınacaqlı olmasına qarşı etirazlarını bildiriblər. Ölkənin ədliyyə naziri Rüstəm Badasyan bildirib ki, həbsxanaya əlavə mühafizə dəstələri göndərilib və kollektiv üsyanın qarşısı alınıb. Onun sözlərinə görə, hazırda islah-əmək koloniyasında vəziyyət sabitdir. Erməni nazir əlavə edib ki, üsyançı məhkumların yenidən itaətsizlik göstərəcəyi təqdirdə əlavə tədbirlər görüləcək.

Yerli mətbuatın yazdığına görə, həbsxananın mühafizə işçiləri kriminal avtoritetlər üçün rüşvət müqabilində qadağan olunmuş müxtəlif əşyalardan, habelə narkotik vasitələrdən istifadə edilməsinə şərait yaradıblar. Korrupsiya və özbaşınalığın hökm sürdüyü koloniyada digər məhkumlar aclıq və antisanitariya şəraitində saxlanılır.

Beləliklə, Paşinyan arzuolunmaz vəziyyətə düşüb: nə ölkənin problemlərini həll edə bilir, nə də normal idarəçilik həyata keçirir. Onun və başçılıq etdiyi hökumətin taleyi böyük sual altındadır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM