Alternative content

03:25 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlin bilik qalibləri
İlin bilik qalibləri
ANA SƏHİFƏ / Təhsil
00:35 10.09.2019


695 balla respublika birincisi Təhmin Muradov parlaq nəticəsinin uğur formulunu bölüşür


"Uğurun açarı çalışmaqla əldə oluna bilər. Hansısa istedadın, savadın, biliyin ola bilər, amma çalışqan olmasan, zəhmət çəkməsən, qarşıda parlaq nəticə əldə etmək mümkün olmur”.

Bu fikirləri builki qəbul imtahanlarında bütün qruplar üzrə ən yüksək nəticə göstərən, 694.6 balla respublika üzrə birinci olan gənc Təhmin Muradov söyləyir. Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin şagirdi Təhmin Muradov Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçib.

O deyir ki, həkim olmaq uşaqlıq arzusu olub və bu arzusuna çatmaq üçün illərlə əzmlə çalışıb: "Ali məktəbə ilk hazırlaşmağa başladığım dövrdən etibarən hədəfim 700 bal toplamaq idi. 694.6 balla respublika birincisi olacağıma inanmırdım. Çünki əvvəlki illərdə bir çox abituriyent maksimum 700 bal topladığına görə topladığım balın bu il son hədd olacağına inanmırdım. Əslində, imtahandan sonra yaxınlarım, müəllimlərim mənə dedilər ki, sən respublika birincisi olacaqsan, amma yenə də inanmırdım. Nəticələr elan olunandan sonra həqiqətən belə olduğunu eşidəndə həm təəccübləndim, həm də sevinib qürur duydum”.


Hər zaman fərqlənməyi bacarıb


İbtidai siniflərdən etibarən dərslərinə daim diqqətlə yanaşan Təhmin hər zaman biliyi ilə fərqlənib. IX, X, XI siniflərdə ardıcıl olaraq respublika fənn olimpiadalarında biologiya fənni üzrə qızıl medal qazanıb. Məktəbi də qızıl medalla başa vurub: "Bu gün uğur qazanmağım, uşaqlıq arzum olan həkimlik sənətinə qəbul oluna bilməyimdə müəllimlərimin və valideynlərimin də əməyi var. Hər zaman yanımda olub, yüksək təhsil almağım üçün hər cür şərait yaradıblar və psixoloji dəstək olublar. Abituriyentə təzyiq olanda düzgün nəticə göstərmir. Çünki üzərində ətrafındakıların, valideynlərinin basqısını hiss edəndə imtahan zamanı özünü itirir və sualları düzgün cavablandıra bilməyərək yaxşı nəticə göstərə bilmir”.

Orta məktəbdə riyaziyyat müəlliminin anası olduğunu söyləyən Təhmin deyir ki, ailədə iki qardaşdırlar və iki il əvvəl, 2017-ci ildə böyük qardaşı Fəhmin də qəbul imtahanlarında yüksək nəticə göstərərək 695 balla Tibb Universitetinə qəbul olunub. İndi hər iki qardaş adıçəkilən universitetin müalicə işi fakültəsində təhsilni davam etdirəcək.

Gələcək həkim söyləyir ki, builki imtahanlarda əvvəlki sistemə görə çox dəyişikliklər olub: "Yazılı suallar, ingilis dilindən dinləmə mətnləri var idi. Bu, mənim üçün də bir qədər çətin oldu. Çünki ingilis dilindən dinləmə mətni üçün əyani vəsaitim olmadığından onun üzərində yaxşı işləyə bilməmişdim. Bu səbəbdən də səhvim ingilis dilindən oldu və mən 700 bal toplaya bilmədim. Amma düşünürəm ki, topladığım bal da kifayət qədər yüksəkdir və imtahan çətin olsa da, mən onun öhdəsindən gəlməyi bacardım”.


Biliyin təməli məktəbdə qoyulur


Adətən belə bir ümumi fikir yaranıb ki, ali məktəbə qəbul olunmaq üçün şəhər mühitindəki məktəblərdə, liseylərdə oxumaq, həmçinin əlavə kurslara, repetitor yanına getmək lazımdır. Bölgə məktəbinin şagirdi olan Təhmin isə düşünür ki, uğur qazanmaq üçün mütləq mərkəzdə olmaq vacib deyil: "Bölgələrimizdə də, mərkəzdəki kimi, təhsillə bağlı hazırlıq səviyyəsi yüksəkdir. Bilikli, peşəkar müəllimlər var. Bu il Bərdə rayonundan yüksək balla universitetə qəbul olunan tələbə tək mən deyiləm. 676, 668, 658 bal toplayaraq universitetlərə qəbul olunan gənclərimiz var. O cümlədən də digər rayonlardan. Düşünürəm ki, şagirdlər ilk dönəmdə məktəbdə yaxşı oxumalı, müəllimlərinə diqqətlə qulaq asmalıdırlar. Çünki biliyin təməli məktəbdə qoyulur, məktəbdə yaxşı oxumalısan ki, sonradan hazırlıq kursuna, əlavə müəllim yanına gedəndə daha da təkmilləşə, püxtələşə biləsən”.

Təhmin qeyd edir ki, yay tətilində əsasən bədii əsərlər oxuyur, yaxud dünyagörüşünü artırmaq üçün digər vasitələrdən istifadə edirmiş. Amma imtahanlara hazırlıq zamanı bunları bir qədər məhdudlaşdırıb: "Demək olar ki, 9-10-11-ci siniflərdə sırf dərslərimə yönəldiyim üçün əlavə aktivliklərdə az iştirak edirdim. Amma bu o demək deyil ki, bütün gün dərs oxuyur, istirahətə zaman ayırmırdım. Sadəcə planlaşdırılmış formada çalışmaq, istirahətə də zaman ayırmaq lazımdır ki, dincələ biləsən, yorğun olmayasan”.

Gənc tələbə gələcək məqsədləri barədə məlumat verərkən deyir ki, bakalavr dərəcəsini Azərbaycanda oxumaq istəyir. "VI kursu qurtardıqdan sonra isə rezidenturanı Almaniyada oxumaq niyyətindəyəm. Orada təhsilimi bitirdikdən sonra yenidən Azərbaycana dönüb burada işləyəcəyəm. İstəyirəm ki, seçdiyim həkimlik sahəsi üzrə peşəkar olum. İnsanlara xeyirli bir vətən övladı olum”.

Artıq qısa müddətdən sonra Təhmin kiçik yaşlarından arzuladığı və çalışqanlığı sayəsində addım-addım yaxınlaşdığı həkimlik ixtisasında təhsil alacaq və müqəddəs Hippokrat andı içəcək.

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM