09 Sentyabr 2019 23:26
494
CƏMİYYƏT
A- A+

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib


Sentyabrın 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda Rəyasət Heyətinin sədri Anar Bağırov qurumun fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, ölkədə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılması istiqamətində görülən işlər, sentyabrın 8-də vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələri haqqında məlumat verib. Tədbirdə, həmçinin vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən vəkilliyə bəzi namizədlərin Kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.

Həmin şəxslər vəkil andı içiblər.

İclasda bir sıra intizam məsələlərinə də baxılıb, müvafiq qərarlar verilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyətinə dair sair məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video