09 Sentyabr 2019 20:37
594
DÜNYA
A- A+

DST: dünyada hər 40 saniyədən bir intihar halı baş verir


Dünya Səhiyyə Təşkilatının (DST) hesabatında bildirilir ki, dünyada hər 40 saniyədən bir intihar halı baş verir. Təşkilat əlavə edib ki, ölkələr bu faciələrin qarşısını almaq üçün tədbirlər görməlidir.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, 2010-2016-cı illər arasında qlobal intihar halları 9,8 faiz artıb. Həyatla vidalaşmağa cəhdlər isə ən çox Amerikada qeydə alınıb. DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib: "Hər bir ölüm ailələr, dostlar və həmkarlar üçün bir faciədir. Biz bütün ölkələri səhiyyə sistemi çərçivəsində intiharların qarşısını almaq istiqamətində əməli tədbirlər görmək istiqamətində strategiyalar və müvafiq tədris proqramları hazırlamağa çağırırıq”.

DST qeyd edir ki, hər il intiharlar nəticəsində 800 min insan dünyasını dəyişir. Bu, malyariya, döş xərçəngi, müharibələr və cinayətlər nəticəsində ölənlərin sayından çoxdur. İntihar hallarını "qlobal səhiyyə problemi” adlandıran DST bildirir ki, cəmi 38 ölkə bu faciələrin qarşısını almaq üçün strategiya hazırlayıb. Hesabatda o da vurğulanır ki, Afrika, Avropa və Cənub-Şərqi Asiyada hər 100 min nəfərə 10,5 intihar edən düşür. Qadınların kişilərdən daha çox intihar etdiyi ölkələr isə Banqladeş, Çin, Lesoto, Mərakeş və Myanmadır.

DST-nin hesabatına görə, intiharların 79 faizi orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə baş verir. İnkişaf etmiş ölkələrdə isə həyatla könüllü vidalaşan kişilərin sayı qadınlardan daha çoxdur. "Yol qəzalarından sonra intiharlar 15-29 yaş arasında olan insanların ikinci əsas ölüm səbəbidir”, -deyə hesabat müəllifləri qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video