09 Sentyabr 2019 20:35
1209
PARLAMENT
A- A+

Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələr yaxşı səviyyədədir


Sentyabrın 9-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası parlamentinin Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycanla Xorvatiya arasında siyasi əlaqələr yaxşı səviyyədədir, əməkdaşlığa dair 25-ə yaxın sənəd imzalanıb, xüsusilə 2013-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair sənəd bir çox sahələri əhatə edir.

Birinci vitse-spiker deyib ki, inkişaf etməkdə olan ticari-iqtisadi əlaqələrimizin gücləndirilməsi üçün kifayət qədər potensial var. Gələn il Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olacaq.

Görüşdə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk təmsil etdiyi parlamentin adından deyib: "Biz bütün sahələrdə Azərbaycanla əlaqələri genişləndirmək arzusundayıq. Parlamentlərarası əməkdaşlığın möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşməsini vacib sayırıq”. Xanım Maksimçuk ikitərəfli münasibətlərin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının rolunu xüsusi qeyd edib.

Sonra nümayəndə heyətinin üzvləri fikirlərini bölüşüblər. Qonaqlar Bakının inkişaf tempinə, burada gördükləri tikinti-quruculuq işlərinə heyranlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video