Alternative content

10:39 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anar Bağırov: Şirvanda və Şəkidə regional vəkil büroları açılacaq
Anar Bağırov: Şirvanda və Şəkidə regional vəkil büroları açılacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:20 09.09.2019
Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı tarixi sənədlər nəticəsində son dövrlər Azərbaycan vəkilliyi müasirləşir, yeniləşir, təşkilatlanır. İki il əvvəl ölkədə vəkil qurumlarının sayı 30-dan bir az çox idisə, bu gün onların sayı 80-dən çoxdur. Vəkillərin sayı isə iki əvvəl 900 nəfər idisə, artıq 1500-dən çoxdur.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AZƏRTAC-a müsahibəsində deyib.

A.Bağırov bildirib ki, Vəkillər Kollegiyasında mövcud olan cari problemlər artıq aradan qalxıb. Qısa zaman ərzində hüquqi məsləhətə ehtiyacı olan şəxslərə, eləcə də aztəminatlı ailələrə keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün regionlarda da vəkil qurumları yaradılıb. Məlum olduğu kimi, bu ilin mayında Sumqayıt Regional Vəkil Bürosunun açılışı oldu və istifadəyə verildi. Eyni zamanda, bu yaxınlarda Şirvanda, sonra Şəkidə regional vəkil qurumlarının açılışı olacaq. Bütün bu işlər Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində həyata keçirilir.

Bu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu deyən sədr qeyd edib ki, 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə vəkillik təsis olunub. İyirmi il əvvəl isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş yeni "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Azərbaycanda ilk dəfə olaraq vəkillik müstəqil təsisata çevrilib. Yəni, tamamilə müstəqil, özünü idarə edən bir quruma çevrilib. Bundan başqa, 15 il əvvəl - 2004-cü ildə yeni qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib.

"Son illər Vəkillər Kollegiyası institusional səviyyədə güclənib, ictimaiyyət arasında və beynəlxalq səviyyədə nüfuzlu quruma çevrilə bilib. Vəkillər Kollegiyası nəinki ölkə daxilində, eləcədə beynəlxalq aləmdə artıq tanınır. Biz beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edirik. Yaxşı münasibətlərimiz var. Azərbaycan vəkilliyinin hörməti, nüfuzu həm ölkədə, həmdə beynəlxalq aləmdə qalxmaqdadır və bu tendensiya davam edəcək”, - deyə Kollegiya sədri vurğulayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM