Alternative content

10:39 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AŞPA-nın komitə iclasında Milli Məclisin deputatının müəllifi olduğu məruzənın müzakirəsi keçirilib
AŞPA-nın komitə iclasında Milli Məclisin deputatının müəllifi olduğu məruzənın müzakirəsi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
17:19 09.09.2019

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olub.

AZƏRTAC xəbər verir ki, Paris şəhərində keçirilən toplantıda Sahibə Qafarovanın müəllifi olduğu "Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi" mövzusunda məruzə ətrafında dinləmələr keçirilib.

Sahibə Qafarova məruzə barədə məlumat verərək deyib ki, qəyyumluq vəzifələri müxtəlif fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Onun sözlərinə görə, qəyyumlara verilən tapşırıqlar ölkəyə görə dəyişir: "Ümumi problemlərdən biri qəyyumların təyin edilməsinin gecikməsidir. Kadr və struktur avadanlığı çatışmazlığı gecikmə hallarını artırır. Bəzən qəyyumların təyin edilməsində gecikmələr bir ilədək davam edə bilir ki, bu da yetkinlik yaşına çatmayanları insan alveri və zorakılıq təhlükəsi qarşısında qoyur. Mövcud beynəlxalq standartlara baxmayaraq, qəyyumluq sistemlərinin müstəqilliyi və qərəzsizliyi həmişə milli səviyyədə təmin edilmir. Avropada qəyyumluq praktikası bu istiqamətdə hamı tərəfindən qəbul olunmuş keyfiyyət standartlarının olmadığını göstərdi. Qəyyumlar bəzən yüzdən çox uşağın məsuliyyətini daşıyırlar. Avropa Şurasına çox az üzv dövlət qəyyumlar üçün təlim verir”.

Sahibə Qafarova vurğulayıb ki, digər bir problem qəyyumların işinə nəzarətin yetəri səviyyədə olmamasıdır. "Qəyyumların işinə nəzarət də bütün AŞ-yə üzv dövlətlərdə təmin olunmur. Bu, təmin edildikdə isə uşaqların fikirləri nəzərə alınmır. Çatışmazlıqların biri də yetkinlik yaşına çatmayan uşaqların təminatı ilə bağlıdır. Qəyyumluq sistemlərindəki bütün bu fərqlər Avropada qəyyumluğa vahid bir yanaşmanın vacib olduğunu göstərir", - deyən Milli Məclisin deputatı müşayiət olunmayan və miqrant uşaqların hüquqlarının müdafiəsini gücləndirmək üçün həll yollarından da danışıb. Onun sözlərinə görə, effektiv həll yollarından biri Avropada uyğun və effektiv qəyyumluq sistemini inkişaf etdirməkdir. Bununla belə, sistemin tətbiqini müşahidə etmək üçün Avropa Şurasının müvafiq ekspertlər komitəsinin səlahiyyətlərini genişləndirmək vacibdir. O deyib: "Bu, üzv dövlətlərə təlimatları tətbiq etməyə, ən yaxşı təcrübələri bölüşməyə, milli qəyyumluq sistemlərini gücləndirməyə və əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək".

Qeyd edək ki, kifayət qədər aktiv keçən müzakirələrdə Sahibə Qafarova parlamentari və ekspertlərin suallarını cavablandırıb. Müzakirələrdə Fransadan proqram direktoru Serge Durand, Hollandiyadan layihə meneceri Liedeviy de Ruiyter de Vildt Nidos, hüquqşünas, coordinator Natalie Lequeux və digərləri çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM