Alternative content

04:00 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kiyevdə Azərbaycanı tanıdan heykəllərimiz
Kiyevdə Azərbaycanı tanıdan heykəllərimiz
ANA SƏHİFƏ / Mədəniyyət
15:27 09.09.2019

Bir xalqın kimliyini, mənliyini, onun şanlı tarixini görkəmli şəxsiyyətləri tanıdır. Azərbaycan xalqı da bu cəhətdən öyünə bilər, çünki dünyaya xalqını, ölkəsini tanıdacaq kifayət qədər şəxsiyyətləri var. Bu gün artıq Kiyevin ən sadə vətəndaşı belə Heydər Əliyev, Müslüm Maqomayev, Nəsimi və Səməd Vurğunun kim olduğunu, hansı xalqa mənsubluğunu çox gözəl bilir. Hazırda Kiyevin mərkəzi hissələrində onların heykəlləri ucaldılıb və adlarını daşıyan parklar mövcuddur. Bununla da Azərbaycan dünyanın çox yerlərindən olduğu kimi, Ukrayna paytaxtında da öz siyasi, mədəni və ədəbi tarixini yaşada və təbliğ edə bilir.

AZƏRTAC Kiyevdə Azərbaycanın siması hesab edilən heykəl və parklarla bağlı hazırlanmış reportajı təqdim edir.

Ümummilli Lider Heydər Əliyev adına Park

Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə onun adını daşıyan parkın açılışı 2013-cü ildə olub. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin tarixi xidmətlərin, Azərbaycan-Ukrayna münasibətlərinin yüksək səviyyədə qurulmasında rolu Ümummilli Liderimizi kiyevlilərə də sevdirib. Yarım hektarlıq ərazidə salınmış park Azərbaycan tarixini əks etdirən müxtəlif kompozisiyalarla bəzədilib. Burada Azərbaycan dövlətinin dirçəlişinin rəmzi kimi ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Parkın arxa hissəsi İçərişəhərin qala divarlarını xatırladır, ən maraqlı kompozisiyalardan biri isə XVI əsr Azərbaycan xalçaçılıq sənətinin şah əsəri sayılan "Şeyx Səfi” xalçasının nadir surətidir. Park Azərbaycan xəritəsinin əks olunduğu landşaft kompozisiyası ilə tamamlanır. Bu kompozisiya həm də Azərbaycanın rəngarəng, zəngin bitki örtüyünün təcəssümüdür.

Parkda istirahət edən 23 yaşlı Alyena AZƏRTAC-a müsahibəsində parkın harmoniyasından xoşu gəldiyini bildirib. "Şəhərin mərkəzində bu cür park Kiyevə xüsusi gözəllik verir, ağacları, yaşıllığı çoxdur. Parkda xalça kompozisiyası ziyarətçilərin zövqünü çox oxşayır”, - deyə Alyena bildirib.

Dostluq rəmzi olan "Azərbaycan-Ukrayna Dostluq Parkı”

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili”nin elan edilməsi çərçivəsində ölkəmizin Ukraynadakı səfirliyinin təşəbbüsü ilə parkda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəli ucaldılıb. Bu heykəl şanlı tariximizin bariz nümunəsini bir daha nümayiş etdirir. İmadəddin Nəsiminin heykəlinin ucaldılması Azərbaycanı dünyada daha da tanıtdırır. Artıq parkı şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevrilib.

Parkda xanımı ilə istirahət edən Yuriylə söhbət zamanı onun parka istirahət üçün tez-tez gəldiyi məlum olub. "Mən həyat yoldaşımla bu parka istirahət üçün intensiv gəlirik. Burada insanların istirahəti üçün əlverişli şərait yaradılıb”.

Dünya şöhrətli Müslüm Maqomayev

Azərbaycan Prezidenti İlham Əliyevin dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək 2018-ci ildə parkın və heykəlin rəsmi açılışı olub. Ukraynadakı səfirliyimizin təşəbbüsü ilə salınan parkda Azərbaycanın milli ornamentləri əksini tapıb. Müslüm Maqomayev keçmiş SSRİ ölkələrində daha çox sevildiyi üçün bu park paytaxt sakinləri üçün böyük hədiyyə olub. Artıq park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəninə çevrilib.

Kiyevdə tibb təhsili alan tələbə Sergey istirahət parkının əlverişli məkanda yerləşdiyini vurğulayıb. Müslüm Maqomayevin musiqilərini dinlədiyini deyən tələbə heykəlin əzəmətli olduğunu qeyd edib.

"El bilir ki sən mənimsən”

Fransız şair və nasiri Lui Аraqon Səməd Vurğun haqqında bunları söyləmişdi: "Səməd Vurğun müasir Sovet və dünya ədəbiyyatının fəxridir. Azərbaycan xalqı içindən çıxan, coşqun ilhamlı şair, fövqəladə ahəngdarlığa malik Səməd Vurğun, həqiqətən də Nizami, Vaqif və digər qüdrətli söz ustalarının davamçısı idi”. Bu gün Kiyevdə Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun heykəli və onun adını daşıyan kitabxana artıq paytaxtın brendinə çevrilib. Kitabxanada Azərbaycanın tanınmış şair və yazıçıların rus, Ukrayna dilinə tərcümə olunmuş onlarla kitab mövcuddur. Bura həm də tədbirlərin keçirildiyi məkan kimi də tanınır.

Qeyd edək ki, reportajda sadaladığımız parklarda ucaldılan heykəllərin müəllifi isə Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM