Alternative content

22:50 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır
Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır
ANA SƏHİFƏ / PARLAMENT
13:53 09.09.2019
Sentyabrın 9-da Milli Məclisdə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Yaqub Mahmudov ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışıb, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan Yaqub Mahmudov deyib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Lyubitsa Maksimçuk ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırıb. "İnanırıq ki, bizim bu səfərimiz parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə təkan verəcək. Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır. 2013-cü ilin martında ölkələrimiz arasında "Strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında” Zaqreb Bəyannaməsi imzalanıb. Bu sənəd dövlət qurumları arasında əlaqələrin inkişafına, biznes sahəsində münasibətlərin genişlənməsinə imkan yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM