Alternative content

10:42 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman vətəndaşsızlıq vəziyyətində olan şəxsin insan hüquqlarının təmininə nail olub
Ombudsman vətəndaşsızlıq vəziyyətində olan şəxsin insan hüquqlarının təmininə nail olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:52 09.09.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin fəaliyyətinin əsas istiqamətlərindən biri də qayğıya daha çox ehtiyacı olan əhali qruplarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsidir. Fəaliyyətə başladığı ilk günlərdən müvəkkil Elmira Süleymanova bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir, innovativ təşəbbüslər irəli sürür. Bunun bariz nümunəsi kimi Ombudsman təsisatının miqrasiya prosesləri iştirakçılarının hüquqlarının müdafiəsi və təbliği, hüquq pozmalarının qarşısının alınması məqsədilə bir sıra xarici ölkələrin ombudsmanları ilə imzalanmış ikitərəfli əməkdaşlıq sazişləri əsasında görülən işləri qeyd etmək olar. Nəticədə həm həmvətənlərimizin xarici ölkələrdə, həm də xarici vətəndaşların ölkəmiz ərazisində pozulmuş insan hüquqları bərpa edilib. Bundan başqa, qanuni miqrasiyanın təbliği məqsədilə yerlərdə mütəmadi görüşlər və əhatəli müzakirələr keçirilib, həmçinin vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müvafiq sənədlərlə təmin edilməklə statuslarının rəsmiləşdirilməsinə nail olunub.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkilin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət çərçivəsində uzun müddətdir heç bir təsdiqedici sənədi olmadan Azərbaycan Respublikası ərazisində yaşayan və 18 aydan artıqdır Quba rayon Mərkəzi Xəstəxanasının stasionar şöbəsinə yerləşdirilən görmə qabiliyyətini itirmiş Seryakov Viktor Semyonoviçin vətəndaşlıq mənsubiyyəti müəyyən edilib. Bununla bağlı müvəkkilin Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciəti nəticəsində həmin ölkənin Vladimir şəhərində anadan olmuş V.Seryakovun Rusiya Federasiyası vətəndaşlığına mənsubiyyətinin tanındığı məlum olub. Onun pasportla təmin edilməsi məqsədilə səfirlik tərəfindən sonuncunun adına Qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Bununla yanaşı, həmin şəhadətnamənin surəti, həmçinin V.Seryakovun səhhəti ilə bağlı epikriz və digər tibbi sənədləri Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilərək Vladimir vilayətinin ombudsmanına göndərilib.

V.Seryakovun RF-nın Vladimir vilayətində qohumlarının və qalmağa yerinin olmadığını nəzərə alaraq, müvəkkilin Rusiya Federasiyasının və Vladimir vilayətinin Ombudsmanlarına müraciətindən sonra onun Vladimir şəhərində yerləşən "Yaşayış yeri olmayan şəxslərin reabilitasiya mərkəzi” dövlət sosial müəssisəsinə qəbul olunması məsələsi həll edilib.

V.Seryakov Quba rayon Mərkəzi Xəstəxanasında olan müddət ərzində onun fiziki, tibbi və prixoloji durumu, ehtiyaclarının ödənilməsi məsələlələri diqqətdə saxlanılıb, habelə müvəkkilin tapşırığı əsasında Ombudsmanının Quba Regional Mərkəzinin təhbəri Bəhruz Əfəndiyev tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülüb.

Jurlanistlərin və həkimlərin iştirakı ilə mətbuata müsahibə vermiş V.Seryakov saxlanılma şəraiti, ona qarşı rəftar, vaxtlı-vaxtında tibbi xidmətlə təmin olunmasından öz razılığını və minnətdarlığını bildirib.

Sentyabrın 6-da V.Seryakov müvəkkilin nəzarəti altında öz vətəninə yola salınıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM