08 Sentyabr 2019 19:40
568
CƏMİYYƏT
A- A+

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağcabədi şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.

Olimpiya İdman Kompleksində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. YAP siyasi şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, Şahin Məmmədov tədbiri açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, Ağcabədi rayonunun 136 min nəfər əhalisinin 37 min 700 nəfərini 14-29 yaşlı gənclər təşkil edir. YAP Ağcabədi rayonunun 15 min 600 nəfər üzvündən 6465 nəfəri gənclərdir. Dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğısı nəticəsində Ağcabədi rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, rayon iqtisadiyyatı və aqrar sahə inkişaf etdirilir. Ağcabədili gənclər rayonun inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən Baş Nazirin müavini bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır.

Ə.Əhmədov qeyd edib ki, ölkəmizdə gənclər üçün hər cür həyat şərait yaradılıb. Gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar.

Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından danışıb, onlara uğurlar arzulayıb.

Sonra idmançılar öz məharətlərini göstəriblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video