Alternative content

10:37 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anar Bağırov: Bu gün vəkilliyə çox böyük maraq var
Anar Bağırov: Bu gün vəkilliyə çox böyük maraq var
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:01 08.09.2019

Bu gün demək olar ki, vəkilliyə çox böyük maraq var.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, həm Bakıda, həmdə regionlarda fəaliyyət göstərən çoxsaylı hüquqşünaslar Vəkillər Kollegiyasına üzv olmaq üçün sənəd verirlər və vəkil olmaq arzusundadırlar. Müraciət edən namizədlərin çoxu dövlət orqanlarında işləyən təcrübəli hüquqşünaslardır. Bu gün keçirilən imtahanda 237 nəfər namizəd iştirak edir. Bunların əksəriyyəti regionlarda fəaliyyət göstərən namizədlərdir. Regionlarda vəkillərin sayının az olmasını nəzərə alaraq Vəkillər Kollegiyası bu azlığı aradan qaldırmaq məqsədilə regionlardan olan hüquqşünaslara üstünlük hüququ verib. İlk növbədə, onlar imtahan verirlər. Ümid edirəm ki, bu imtahandan sonra regionlarda vəkillərin sayı xeyli artacaq. Onu da qeyd edim ki, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub. Bu istiqamətdə işlər davam etdirilir.

"Bu gün 47 şəhər və rayonda fəaliyyət göstərən, yaşayan hüquqşünaslar imtahan verir. Maraqlı haldır ki, əvvəlki imtahanlarda olduğu kimi, yenə də əsasən gənclər vəkilliyə üz tuturlar. Namizədlərin 80 faizi 50 yaşına kimi olan hüquqşünaslardır. Qalanları isə 40 yaşına kimi olan şəxslərdir. Yəni vəkillik cavanlaşır, gəncləşir. Bu mərhələdən uğurla keçən namizədlər şifahi mərhələyə buraxılacaqlar. Oradanda keçəndən sonra Ədliyyə Akademiyasında qanunla nəzərdə tutulmuş qaydada tədrisi başa vurandan sonra kollegiyaya üzvlüyə qəbul olunacaqlar",- deyə A.Bağırov qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM