Alternative content

10:43 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Çıraq Neft Layihəsi” bütövlüklə Azərbaycanda həyata keçirildi
“Çıraq Neft Layihəsi” bütövlüklə Azərbaycanda həyata keçirildi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:50 08.09.2019


Tikinti meydançalarında hər 10 inşaatçıdan 9-u ölkəmizin öz vətəndaşı idi


2010-cu ilin mart ayında dəyəri 6 milyard dollar olan "Çıraq Neft Layihəsi”nin (ÇNL) işlənməsinə qərar verildi. Belə irihəcmli investisiyanın yönəldilməsi "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında layların neftveriminin optimallaşdırılmasına xidmət edirdi.

Qarşıya qoyulan məqsəd bu yataqlarda hasilatın sonrakı azalmalarını ləngitmək, çıxarılan neftin həcminin artmasına kömək etmək, başqa sözlə, hasilatın yüksək səviyyəsinin ömrünü uzatmaq idi. ÇNL-in gerçəkləşməsi nəticəsində "Azəri-Çıraq-Günəşli” yataqlarından neft hasilatının həcminin 360 milyon barel artacağı gözlənilirdi.

Layihəyə mövcud "Çıraq” və "Dərinsulu Günəşli” qurğularının arasındakı ərazidə yeni bir platformanın tikintisi daxil edildi. Bu, "Əsrin müqaviləsi”nin "ilkin”i olan "Çıraq”dan ad almış "Qərbi Çıraq” idi.

ÇNL-in özəlliyi onda idi ki, onun tikinti-quraşdırma işləri bütövlüklə Azərbaycanda həyata keçirildi. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün xərcləndi. Vəsaitin qalan 2 milyard dollarlıq hissəsi isə istismar müddəti ərzində platformadan quyuların qazılması üçün nəzərdə tutulmuşdu.

"Qərbi Çıraq” platformasının dayaq blokunun inşası iki il davam etdi və 2012-ci ilin oktyabr ayında tamamlandı. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, tikintiyə 2 mindən çox insan cəlb olunmuşdu. İşçi qüvvəsinin 96 faizi Azərbaycan vətəndaşları idi. Qurğunu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundakı (BDÖZ) infrastrukturdan istifadə etməklə SOCAR-a məxsus "BOS Şelf” şirkəti inşa etdi. Bu, həmin vaxtadək Xəzərdə quraşdırılan ən ağır dayaq bloku idi. Qurğu oktyabrın 20-də BDÖZ-ün yanalma körpüsündə təhlükəsiz şəkildə daşıma barjına yükləndi. 2013-cü il mayın 13-də dayaq blokunun dənizdə quraşdırılması və ÇNL ərazisində sualtı boruçəkmə əməliyyatları tam başa çatdırıldı.

"Qərbi Çıraq”ın üst modulları isə Bakının Bibiheybət ərazisindəki "AMEK-Tekfen-Azfen” (ATA) istehsalat sahəsində inşa edildi. Bu qurğunun tikintisi 2013-cü ilin üçüncü rübündə başa çatdırıldı. Tikinti yekunlaşmaqda olarkən - iyul ayında Prezident İlham Əliyevin platformanın inşa edildiyi sahəyə baş çəkməsi, işlərin uğurla tamamlanmasından razılığını bildirməsi bütün layihə qrupunun sevincinə səbəb oldu. Dövlət başçısı bu nailiyyətə görə mütəxəssisləri və inşaatçıları təbrik etdi.

ÇNL-in bütün tikinti-quraşdırma işləri bir iş günü belə itirilmədən və bədbəxt hadisə baş vermədən qrafikə və plana uyğun aparılmışdı.

Qurğu sentyabrın 20-də istehsalat sahəsindən dənizə yola salındı və iki gün ərzində təhlükəsiz şəkildə əvvəlcədən dənizdə quraşdırılmış dayaq bloku üzərində yerləşdirildi. Dənizdə sazlama işləri və istismar sınaqları bir neçə ay davam etdi.

Tikintinin ən qaynar çağında podratçılar ÇNL ilə bağlı işlərə 8 mindən çox insan cəlb etmişdilər. Burada hər 10 işçidən 9-u Azərbaycan vətəndaşı idi.

2014-cü il yanvarın 28-də isə platformadan ilk neft alındı. AÇG-nin digər platformalarında olduğu kimi, "Qərbi Çıraq”da da hasilat öncəqazma quyularından başlandı.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ovaxtkı regional prezidenti Qordon Birrell "Qərbi Çıraq”dan hasilata başlanması ilə bağlı fikirlərini belə ifadə etdi: "Hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara və qurğulara gələcəkdə də davamlı investisiyaların qoyulması ilə AÇG hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq olaraq öz hasilatını davam etdirəcək. AÇG-nin operatoru olan BP şirkəti və tərəfdaşlarımız hasilatın optimallaşdırılması və yatağın neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində bizi addım-addım irəliyə aparacaq səyləri davam etdirmək əzmindədirlər. İnanırıq ki, bu layihə AÇG-dən hasilatın sabitləşdirilməsi və yeni "Qərbi Çıraq” platformasından daha çox quyular qazmaqla neftvermə əmsalının artırılması istiqamətində atılmış böyük bir addımdır”.

"Qərbi Çıraq” AÇG-nin altıncı, hələlik sonuncu hasilat platformasıdır (AÇG müqavilə sahəsində platformaların ümumi sayı səkkizdir). Həm də "Qərbi Çıraq” AÇG-nin hasilat platformalarının ən böyüyüdür. Belə ki, onun üst modullarının çəkisi 19 min tondan çoxdur. Bu, AÇG-də həmin vaxtadək quraşdırılmış "Şərqi Azəri” platformasının "rekordçu” üst modullarından təxminən 2500 ton ağır idi.

"Qərbi Çıraq” suyun təxminən 170 metr dərinliyində quraşdırılıb. Qurğunun layihələndirilmiş gündəlik neft hasilatı gücü 183 min barel, qaz ixracı qüvvəsi isə 285 milyon kubfut (8,07 milyon kubmetr) təşkil edir.

"Qərbi Çıraq” məhsul verməkdə davam edir. 2014-cü ilin yanvar ayından keçən ilin sonunadək platformadan 151,1 milyon barel (20,4 milyon ton) neft hasil olunub. Keçən il "Qərbi Çıraq” 20,7 milyon barel, yəni 2,8 milyon ton qara qızıl verib. Bu ilin birinci yarısında platformanın gündəlik neft hasilatı 60 min barel təşkil edib.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM