Alternative content

13:59 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onlar həmişə köməyə tələsirlər
Onlar həmişə köməyə tələsirlər
ANA SƏHİFƏ / Səhiyyə
00:41 08.09.2019


İnsan həyatının xilaskarlarının özləri çox vaxt təhlükədən sığortalanmırlar


Yardım göstərmək, birinin köməyinə yetmək yalnız savab deyil, həm də həyatın davamı üçün təcili xidmətdir. Bu xidmətin adı nə olursa-olsun, bəzən ölüm-qalım dillemması qarşısında qalanda, insan yaşam uğrunda mübarizə aparanda ona ehtiyac duyur.

Bu ilk yardımlara ehtiyac isə bəşəriyyətin humanist insanlarını düşündürməyə bilməzdi. Ona görə də ilk yardım göstərməyin əhəmiyyəti nəzərə alınmalı idi. 2000-ci ildən etibarən hər il 8 sentyabr tarixi Dünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur. Bu ümumbəşəri əhəmiyyət daşıyan gün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərə yardım göstərməkdir.

Təbii ki, ilkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, həm də onun ağrılarını azaltmaq və mümkün ağırlaşmalar barədə xəbərdarlıq etməkdir. Əlbəttə, bu sahədə tibb işçiləri yardım göstərirlər, lakin polis əməkdaşları və xilasedicilər də bir çox hallarda, zərurət yarandıqda onlara yardımçı olurlar. Həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı üzündən bu yardım tibbi təhsili olmayanlar tərəfindən də yerinə yetirilir.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hər il baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15-i isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı dünyasını dəyişənlərin əksəriyyəti 15-45 yaş arasında insanlar olur.

Dünyada ilkin tibbi yardım xidməti hələ XIX əsrin sonlarında yaranıb. Azərbaycanda isə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına ciddi diqqət göstərilməyə başlanıb. Xüsusilə son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqlarla təchiz edilir. Bunlarla yanaşı, nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır, dərman təchizatı ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təmin olunur, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Təcili yardım xidməti hadisə yerinə yetişənə, xilasedicilər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməsi həlledici rol oynaya bilər. Onu da bilmək lazımdır ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb və hər birimiz zərərçəkən ola bilərik.

Bu xidmətin yaradılmasının maraqlı tarixçəsi var: 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatrda güclü yanğın baş verir. Orada ölən və yaralananların sayı çox olduğundan tibbi yardım göstərilməsində problemlər yaranır. Beləcə, ilk dəfə Vyanada müstəqil təcili tibbi yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra Berlin və Londonda da təcili tibbi yardım briqadaları müstəqil fəaliyyət göstərməyə başlayır. Azərbaycanda isə ilk təcili yardım xidməti Nobel qardaşlarına məxsus neft buruqlarında işləyən fəhlələr üçün yaradılıb. Həmin briqadalar at arabaları və karetalarla fəaliyyət göstəriblər.

Hazırda Bakı şəhərində əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin günün tələbləri səviyyəsinə cavab verməsi üçün mühüm layihələr həyata keçirilir.

Ölkədə, o cümlədən paytaxtda təcili və təxirəsalınmaz tibbi yardım xidməti yüksək səviyyədə təşkil edilir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası günün 24 saatı ərzində paytaxtın bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə fəaliyyət göstərir.

"103” xidmətinə gündəlik, orta hesabla, 2 mindən artıq çağırış daxil olur. Doğrudur, müraciətlərin bəzilərinin bu sahəyə aid olmaması da üzə çıxır. Buna baxmayaraq, onlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və icra edilir.

Səbəbindən asılı olaraq stansiyaya daxil olan çağırışlar iki qrupa bölünür. Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra təcili tibbi yardım briqadasına ötürülür. Bu təsnifata fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşayiət olunan səpgilər, yenidoğulmuşlarla əlaqəli çağırışlar və s. aiddir. Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra təcili tibbi yardım briqadasına göndərilir. Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, başağrısı, bədənin müxtəlif yerlərində ağrı və s. çağırışlar aiddir.

Burada əhaliyə tibbi xidmət səviyyəsinin artırılması məqsədilə bir sıra tədbirlər görülür. Bölmələr müasir və daha çox funksiyası olan yeni planşetlərlə təmin olunur. Daxil olan sorğularla bağlı gedişlərə nəzarət gücləndirilir. Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Eyni zamanda, xəstələrin stasionarlara səmərəli paylanması məqsədilə stansiyanın əməliyyat və hospital işlərinin təşkili üzrə şöbəsi xəstəxanalarda, doğum evlərində və digər müalicə-profilaktika idarələrində olan boş yerlərə dair sistemli şəkildə, operativ məlumat alaraq müvafiq hesabat aparır.

Xatırladaq ki, 1990-cı ilin qanlı yanvar günlərində Bakının müxtəlif istiqamətlərindən yaralıların tapılıb xəstəxanalara çatdırılmasında bu sahənin xidməti böyük olub. Həmin günlər paytaxtda 164 təcili yardım briqadası çalışıb. Yalnız yaralılara ilk tibbi yardım göstərilməsi, onların xəstəxanalara çatdırılması və şəhidlərin dəfninə qədər hazırlıq prosesindəki xidmət işlərinə yüz həkim briqadası ayrılmışdı.

Qanlı şənbə gecəsi və ondan sonrakı günlərdə xalqımız bəlkə də daha çox şəhid verə bilərdi. Həkimlərimizin, daha doğrusu, səhiyyədə, xüsusən təcili yardım sahəsində çalışan tibb personalının, həmçinin könüllülərin o günlər xalqımıza, o cümlədən 20 Yanvarın yaralılarına göstərdiyi münasibət və qürur duyduğumuz monolit birlik isə əsl vətənpərvərlik nümunəsi idi. Həkimlərin özləri də o dəhşətli günlərdə həm ağır yaralandılar, həm də güclü həyəcanlardan müxtəlif xəstəliklərə düçar oldular...

...Onlar daim köməyə tələsirlər. Çünki insan həyatının xilaskarıdırlar, baxmayaraq ki, öz həyatları belə təhlükələrdən sığortalanmayıb...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM