Alternative content

04:03 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtirilmiş şəhər
İtirilmiş şəhər
ANA SƏHİFƏ / Elm və texnika
00:38 08.09.2019


Bura 2007-ci ildə dünyanın yeni yeddi möcüzəsindən biri adlandırılıb. Cənubi Amerikada turistlərin ən çox maraqlandığı məkanlar sırasında ilk yerlərdədir. Hər gün təxminən 2 min insan buranı ziyarət edir. Dünyanın ən çox ziyarət edilən, eyni zamanda haqqında ən çox araşdırmalar aparılan yerlərindən biridir. Söhbət yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunan antik İnk şəhərindən, "inklərin itirilmiş şəhəri” adlandırılan Maçu Piçudan gedir.

Perunun Cusco şəhərindən 88 km uzaqda yerləşən Maçu Piçu And dağlarının zirvələrindən birində, Urubamba vadisi üzərində 2430 metr yüksəklikdə tikilib.

Tarixçilərin fikrincə, 1438-ci ildə Çanka döyüşçüləri qonşuları inklərə hücum edib. Hücum zamanı yaşlı ink hökmdarı təhlükəsiz yerə qaçmalı olub. Hökmdarın oğlu Yupanqui isə inkləri mübarizə üçün ruhlandırıb və çətin bir döyüşə qoşulmağa məcbur edib. Bütün maneələrə baxmayaraq, inklər düşmənləri üzərində qalib gəliblər. Bundan sonra onlar Yupanquini qəhrəman elan edərək, ona yeni ad veriblər - "Paçakuti” (dünyanı dəyişdirən). Yeni ad alan Yupanqui tezliklə böyük ərazilər tutub, güclü imperiya qurub. Sonra Paçakuti adına layiq bir şəhərin salınmasına qərar verib və bu şəhər Maçu Piçu (qoca zirvə) olub.

Şəhər təxminən 1532-ci ilədək mövcud olub. Həmin il ispan işğalçıları inklərin ərazisinə hücum edib, müxtəlif şəhərləri və tikililəri dağıdıblar. Elə həmin il ərazinin sakinləri yox olub. Bəzi mənbələrə görə, inklər çiçək xəstəliyi epidemiyasına görə ərazini tərk ediblər.

Maçu Piçu çox yüksəkdə, dağlar arasında olduğu üçün bu şəhər işğalçılar tərəfindən dağıdılmayıb. İspan işğalçıları şəhərin yerini bilsələr də, nədənsə həmin bölgəyə getməyiblər. Sonradan Maçu Piçu tamamilə unudulub. Şəhər bir də dörd əsr sonra, 1911-ci ildə amerikalı araşdırmaçı Hiram Bingham tərəfindən tapılıb. İddialara görə, Bingham şəhəri aşkar edərkən bölgədən çox böyük miqdarda qızıl da tapıb və hamısını ABŞ-a daşıyıb.

Bu sirli şəhər dağın zirvəsində, çətin yolların üstündə tikildiyi üçün ora getmək olduqca məşəqqətlidir. Ərazi baxımından böyük şəhər deyil, 200 hissədən təşkil edilib. Burada, əsasən, məbədlərin daxilində iqamətgahlar, xüsusi anbarlar və yaşayış üçün nəzərdə tutulmuş yerlər var. Bunların çox hissəsi əla növdə hazırlanmış daşlardan ibarətdir və bir-birlərilə plitələr vasitəsilə birləşdirilib. Mütəxəssislərin fikrincə, şəhərin tikintisində istifadə edilən daşların bəzilərinin ağırlığı 20 tondur. Daşların hər biri insan gücü və ibtidai alətlər vasitəsilə dağa qaldırılıb.

Maçu Piçu çətin bir quruluşa malikdir. Düşünülür ki, burada və şəhərin ətrafında 1200 nəfər yaşayıb. Onlar günəş allahı İntiyə sitayiş edərək, terraslarda kənd təsərrüfatı ilə məşğul olublar.

Şəhərin qərb hissəsində səcdəgahla birlikdə baş məbəd var. Bura qurbanlar üçün nəzərdə tutulub. Qarşısında bir və ikimərtəbəli yaşayış evləri, onların arasında labirint kimi ensiz pillələr və yollar var. Bunların bəziləri heç bilinməyən divarlarla və terraslarla üzləşir. Terraslarda qranit sütunlar olub və müqəddəs meydanda xüsusi yer alıblar. Orada pilləkənlərin köməyi ilə ən yüksək zirvəyə güclə çıxmaq mümkündür. Həmin yerdə böyük bir daş dayanır ki, insanlar günəşin burada olduğunu düşünüblər. Burada inklər günəşə müxtəlif sitayişlər edib, dini rituallar yerinə yetiriblər. Payız və yaz fəsillərində, xüsusən əkinçilik dövründə insanlar bu daşa daha çox müraciət edərək günəşli günlərin çox olmasını xahiş ediblər. Bu zaman Maçu Piçunun əhalisi daşın ətrafını güllərlə və müxtəlif əşyalarla bəzəyib, mahnılar oxuyub, dua edib, bir neçə gün dini bayramlar qeyd ediblər.

Maçu Piçunun şimal-şərqində inklərin daşyonanları iki konstruksiya yaradıblar. Bingham həmin hissəni düzəldəni "rəssamlığın ustadı” adlandırıb. Səcdəgahın yaxınlığında dairəvi qala var. Qalanın tikintisi günəş allahı üçün nəzərdə tutulmuş məbəd mənasını ifadə edib və buna görə də eyni ilə belə ad verilib. Qalanın özü və onun ətrafındakı hissələr orta əsr divarlarına bənzəyir. Qalanın yanında mağara yerləşir. Bingham düşünürdü ki, bunun içində inklərin rəhbərinə aid olan mumiya yerləşir. Lakin alimlər bildirir ki, bu cəsəd hansısa ritualların idarə edilməsində iştirak edən şəxsindir.

Müqəddəs meydan Maçu Piçunun mərkəzi sayılır. Cənub hissənin sonunda ağ mərmərdən üçmərtəbəli bina dayanıb, buranın tikintisində istifadə olunan daşların hündürlüyü insan boyundan qat-qat artıqdır.

Məbədin qərb divarları bağlı sığınacağı xatırladır və bura "bəzəkli otaq” kimi dəyərləndirilir. Bütün otaq inklərin ən gözəl daşyonanları tərəfindən böyük ustalıqla hazırlanıb. Üç hissədən 32 künc qazılaraq, 2 blok həcmində fundament tökülüb. Bunların arasında meydanın əsas hissəsində yer alan "Üç pəncərənin məbədi” daha nəzərəçarpandır. Trapesiya formasında olan bu üç pəncərə şərqə doğru istiqamətlənib.

30 ildən çoxdur İnk tarixini araşdıran Peter Frostun fikrincə, Maçu Piçu o dövr üçün Paçakutinin qışlıq sarayı olub: "Hökmdar qışın 2 ayını burada keçirirdi. Şəhərin tikilməsinin əsas səbəbi inklərin dini inancları ilə bağlı ola bilər. İnklər hökmdarlarının tanrı olduğuna inanırdılar. Onu günəşin oğlu olaraq görür, Paçakutinin bu kiçik şəhərdə tanrılarla danışdığına inanırdılar”.

Şəhərin hansı məqsədlə bu qədər yüksək və çətin bir ərazidə tikilməsi isə indiyə kimi müəmma olaraq qalır. Hələ də sual olunur ki, nəyə görə inklər dövlətin mərkəzindən kənarda, 2430 metr yüksəklikdə şəhər salmaq qərarına gəlmişdilər? Bəziləri hesab edir ki, bu tikili sadəcə bir ibadət yeri olub. Bəziləri isə işğalçılardan qorunmaq üçün bu yerin seçildiyi qənaətindədir. Mühəndis Vince Leenin fikrincə, şəhərin bu qədər yüksəklikdə salınmasının mütləq bir səbəbi var: "Bura kəskin bir dağ yamacıdır. Düz sahə, demək olar ki, yoxdur. İnkləri hansısa bir səbəb məcbur edib ki, bu qədər yüksəklikdə şəhər salsınlar. Çünki 20 tonluq daşları bu dağa qaldırmaq mümkün deyil”. O səbəb isə hələ də tarix üçün müəmma olaraq qalır...

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM