Alternative content

04:03 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir-birini adı ilə çağıran xilaskar heyvanlar
Bir-birini adı ilə çağıran xilaskar heyvanlar
ANA SƏHİFƏ / Elm və texnika
00:37 08.09.2019


60 milyon il əvvəl delfinlərin əcdadları quruda yaşayırdı. Onların təkamülləşmələri 20 milyon il davam edib. Hazırda 40-a yaxın növü olan delfinlərin çoxu dənizlərdə, bəziləri şirin su göllərində və çaylarda yaşayır. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanırlar. Delfinlərin 200-dən çox dişi var, amma balıqları diri-diri udurlar. Dişlərindən sadəcə ovu qamarlamaq üçün istifadə edirlər.

Delfinlərin beyninin çəkisi 1700 qramdır. Araşdırmalara görə, delfinlərin beynində sinir hüceyrələri insana nisbətən daha çoxdur. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.

Delfinlər, balıqlar kimi, suyun içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Heyvan suya baş vurduqda bu dəlik qapaqla avtomatik bağlanır və bununla da içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır. Delfinlərin ağızlarındakı dimdiyəbənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir xüsusiyyətdir. Heyvan bu quruluşu sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək sürətlə üzür.

Delfin suda balalayır və 50-60 sm uzunluğu olan bala doğur. Hamiləlik müddəti 10-18 ay arasında dəyişir. Delfin öz balasını suda əmizdirir. İlk iki həftə bala anasının yanından ayrılmır. Qısa müddət sonra üzməyi öyrənir və yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Amma dişi delfin balanın sürətli və çevik hərəkətləri ilə ayaqlaşıb onu lazımınca qoruya bilmədiyi üçün digər dişi delfin köməyə gəlir və balanı mükəmməl bir şəkildə qoruyur. Delfinlər köpəkbalıqlarından xilas olmaq üçün dəstələr halında hərəkətə keçirlər. Onlardan biri və ya ikisi köpəkbalığının diqqətini cəlb etmək üçün kənardan üzür. Köpəkbalığı bu tələni izləmək üçün qayıdarkən digər delfinlər əks istiqamətdə hərəkət edir və güclü hücuma keçir, burunları ilə köpəkbalığının yanlarına vururlar. Bu, köpəkbalıqlarından qorunmaq üçün olduqca effektiv üsuldur. Hətta bəzən bu yolla delfinlərin köpəkbalıqlarını öldürdükləri də olur.

Çox emosional olan delfinlər gəmilərlə yarışırlar və məğlub olsalar, intihar edirlər. Buna görə də kapitanlar yarışan delfini görəndə gəminin sürətini aşağı salıb yarışda onların qazanmasını təmin edirlər.

Bu ağıllı heyvanın əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. O, insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı üfləyib söndürməyi, voleybol oynamağı öyrənirlər.

Delfinlər inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdirlər. Bir-birlərilə ünsiyyət qurmaq üçün 14 minə qədər səs siqnalı "lüğət ehtiyatları” var. Bu da orta statistik insanın söz ehtiyatına bərabərdir. Şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar. Bundan əlavə, hər bir delfinin onun dəstəsi tərəfindən verilmiş adı var. Amerikalı alimlər müəyyən ediblər ki, delfinlər bir-birini adları ilə çağırırlar. Delfinlərdən birinə bədbəxtlik üz verdikdə sürüdəki başqa delfinlər onun həyəcan siqnallarını eşidən kimi köməyə gəlirlər.

Suda batan adamların delfinlər tərəfindən xilas edilməsi halları da məlumdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM