Alternative content

04:03 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub
ANA SƏHİFƏ / İDMAN
00:26 08.09.2019


Sentyabrın 7-də "Boulevard Hotel”də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizin irimiqyaslı yarışlara müvəffəqiyyətlə evsahibliyi etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq, intellektual hərəkatın mərkəzlərindən biri olub və ölkəmizdə bu hərəkat geniş vüsət alıb. Budəfəki yarışa əvvəlkilərdən fərqli olaraq daha çox komanda qatılıb.

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycan komandalarının intellektual yarışlarda uğurla çıxış etdiyini söyləyib. O deyib: "Hər dövrün öz qaydaları, intellektualları və qalibləri olur. Bu illər ərzində oyun dəyişib. Oyun dəyişib deyəndə yalnız oyunçuları demirəm, həm də sualların spesifikasını, bəzi hallarda məntiqini nəzərdə tuturam”.

Digər çıxış edənlər 15 ildən sonra dünya çempionatının yenidən Azərbaycanda təşkil olunmasını mühüm hadisə kimi dəyərləndiriblər.

Azərbaycanın 11 komanda ilə qatıldığı çempionatda ümumilikdə 29 ölkədən (Azərbaycan, Avstriya, Böyük Britaniya, Belarus, Almaniya, Gürcüstan, İsrail, İspaniya, Qazaxıstan, Kanada, Kipr, Qırğızıstan, Latviya, Litva, Moldova, Niderland, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Estoniya) 75 komanda iştirak edir.

Qeyd edək ki, Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2002-ci, 2003-cü və 2004-cü illərdə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ilk dünya çempionatları da məhz Bakı şəhərində keçirilib.

Sayca XVII olan bu çempionatın Azərbaycanda keçirilməsi qərarı 2018-ci il oktyabrın 20-də Azərbaycan İntellektual Klublar Assosiasiyasının müraciəti əsasında "Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyası tərəfindən qəbul edilib.

Çempionat sentyabrın 8-də başa çatacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM