07 Sentyabr 2019 12:48
596
DÜNYA
A- A+

Dünyada populist əhval-ruhiyyə yüksəlib


Dünyada populist və millətçi əhval-ruhiyyə yüksəlir. Almaniyanın "İpsos” sosioloji institutunun 27 ölkədə keçirdiyi rəy sorğusunun nəticələri buna dəlalət edir.

Həddi-büluğa çatmış respondentlərin 64 faizi (2016-cı ildə – 63 faiz) hesab edir ki, onların ölkələrinə güclü lider lazımdır. Rusiyada bu göstərici 67 faiz təşkil edir. Rəyi soruşulanların yarısı isə problemlərin həlli naminə liderin müəyyən olunmuş qaydaları pozmasını mümkün sayır.

Almaniya, İsveç və Yaponiyada rəyi soruşulanların yarısı bu mövqeyi dəstəkləyir. Bundan başqa, respondentlərin təxminən yarısı (2016-cı ildə olduğu kimi, 49 faiz) hesab edir ki, problemləri həll etmək üçün müəyyənləşmiş qaydaları pozmağa hazır olan güclü lider lazımdır.

Sosioloqlar dünyada millətçilik baxışlarının yayılmasını xüsusi qeyd edirlər. Respondentlərin 60 faizinin (2016-cı ildə – 56 faiz) fikrincə, vakansiyaların az olduğu şəraitdə işəgötürənlər üstünlüyü immiqrantlara yox, həmvətənlərinə verməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video