Alternative content

10:01 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MOK-da Əməkdar məşqçi Vahid Nəzərovun 60 illik yubileyi qeyd olunub
MOK-da Əməkdar məşqçi Vahid Nəzərovun 60 illik yubileyi qeyd olunub
ANA SƏHİFƏ / İDMAN
00:12 07.09.2019


Sentyabrın 6-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev, baş katibin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının, eləcə də ölkənin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley mərasimindən əvvəl Vahid Nəzərovun idman fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə ölkənin idman və Olimpiya hərəkatında xüsusi xidmətləri olan Vahid Nəzərovu təbrik edərək yubilyara xoş ürək sözlərini çatdırıb. Vurğulayıb ki, o, karyerası ərzində özünü prinsipial, zəhmətkeş, peşəkar mütəxəssis kimi göstərib. Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında xidmətlərinə görə yubilyara təşəkkürünü bildirən MOK-un vitse-prezidenti ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çingiz Hüseynzadə MOK-un hədiyyəsini yubilyara təqdim edib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Vahid Nəzərovu Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi adından təbrik edib. Onunla Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında tez-tez görüşdüklərini deyən nazir müavini V.Nəzərovun kifayət qədər prinsipial, vətənpərvər insan, peşəkar mütəxəssis olduğunu vurğulayıb. Məşqçi və hakim kimi gələcək karyerasında ona müvəffəqiyyət arzulayıb.

Sonra çıxış edən MOK-un vitse-prezidenti Xəzər İsayev idmançıları, idman xadimlərini, məşqçiləri, hakimləri heç zaman unutmayan, onları daim diqqətdə saxlayan MOK-un rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, peşəkarlığı, prinsipiallığı ilə diqqət çəkən Vahid Nəzərov ölkəmizdə ağır atletika idman növünün inkişafında müstəsna xidmətlər göstərib.

MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev Azərbaycanda idman və Olimpiya Hərəkatına diqqət və qayğıdan danışaraq deyib ki, idmançılar, eləcə də idman ictimaiyyətinin nümayəndələri insanlar arasında xüsusi nüfuz sahibidir. Onlardan biri də 60 yaşı tamam olan Vahid Nəzərovdur.

Tədbirdə çıxış edən MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova, Olimpiya çempionları Zemfira Meftahətdinova və Namiq Abdullayev, Təhsil Nazirliyinin nümayəndəsi Vasif Məmmədov, Əməkdar jurnalist Vasif Səmədov, Xalq artistləri tarzən Zamiq Əliyev və aktyor Rafiq Əzimov yubilyarı təbrik edərək ürək sözlərini çatdırıblar.

Mərasimin sonunda çıxış edən Vahid Nəzərov xoş sözlərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Vahid Nəzərov 32 yaşında beynəlxalq dərəcəli hakim adını alıb, 17 il Azərbaycan milli komandasında baş məşqçi işləyib, 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birinci vitse-prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə Azərbaycan yığması 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM