06 Sentyabr 2019 19:38
604
DÜNYA
A- A+

Erməni politoloq: Hakimiyyət ictimaiyyətin diqqətini ölkədəki ciddi problemlərdən yayındırmaq istəyir


Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini ölkədəki ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq üçün artıq effektiv olmayan üsullardan istifadə edir. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu fikri Yerevanda keçirdiyi mətbuat konfransında politoloq Viqen Akopyan səsləndirib.

Erməni politoloq qeyd edib: "Hakimiyyət informasiya və siyasət gündəmini yeni mövzularla doldurmağa cəhd edir. Bu, siyasət, iqtisadiyyat və idmanla bağlı məsələlərdir. Məsələn, Paşinyan Ermənistan-İtaliya futbol matçı zamanı "Facebook”da xüsusi bölmə də yaradıb. Halbuki ölkədə Amulsar mədəni, İstanbul Konvensiyası, Qarabağ münaqişəsində mövqeyimiz və Stepanakertlə (Xankəndi: AZƏRTAC) münasibətlər kimi ciddi və hökumət tərəfindən həllini gözləyən problemlər mövcuddur. Məhz bu səbəbdən onlar diqqəti yayındırmaq məqsədilə müxtəlif texnologiyalardan istifadə edirlər”.

Politoloq əlavə edib ki, cəmiyyətin başını qatmaq üçün ən çox istifadə olunan vasitələrdən biri də keçmiş məmurların həbsidir. O, sabiq Maliyyə naziri və Yerevan merinin həbsini misal gətirərək qeyd edib ki, artıq bu addımlarla insanların diqqətini yayındırmaq metodu öz təsirini itirib. "Bu piar aksiyaları ötən ilin yayında işləyirdi. Cəmiyyətdə "qolçomaqların” üzə çıxarılması tələbi var idi, amma artıq bunun da vaxtı keçib”, -deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, 2019-cu ilin aprel-mayından bəri "inqilab” hay-küyü yatışıb və insanlar artıq öz həyat səviyyələri, ölkənin sosial-iqtisadi vəziyyəti, məişət problemləri ilə maraqlanır, bütün bu problemlərin konkret həllini tələb edirlər.

Erməni politoloq əlavə edib ki, bu səbəbdən sabiq Maliyyə nazirinin həbsi gündəmdə cəmi 1-2 gün qaldı. Bu mövzunu isə iqtidarın öz daxilində mövcud olan problemlər əvəz edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video