06 Sentyabr 2019 18:20
564
DÜNYA
A- A+

Sudanın Baş Naziri yeni hökumətin tərkibini açıqladı


Sudanın Baş Naziri Abdulla Həmduk eks-prezident Ömər Bəşir devrildikdən sonra ilk hökumətin tərkibini elan etmişdir. Bu barədə yerli KİV xəbər verir.

Baş Nazir yeni kabinetin 18 nazirinin adlarını açıqlamışdır. Daha iki nazirin adları məsləhətləşmələrdən sonra elan ediləcək. Sudan tarixində ilk dəfə olaraq Xarici İşlər naziri vəzifəsinə qadın – Əsma Məhəmməd Abdulla təyin edilmişdir.

Abdulla Həmduk ötən ay keçid hökumətinin başçısı təyin olunmuşdur. O, kabinetə 39 ay başçılıq edəcək.

Bu ilin aprelində eks-prezident Ömər Bəşir devrildikdən sonra ölkəni Hərbi Keçid Şurası idarə edirdi. Əhali hərbçilərin mütləq hakimiyyətinə qarşı çıxdı, etiraz aksiyası geniş vüsət aldı, nəticədə hərbçilər müxalifət koalisiyası ilə hərbi-mülki Suverenlik Şurasının yaradılmasını nəzərdə tutan saziş bağladılar. Şuraya beş hərbi və altı mülki şəxs daxil oldu. Bu müvəqqəti hakimiyyət orqanı növbəti seçkilərədək təxminən üç il ölkəyə rəhbərlik edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video