Alternative content

18:39 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycandakı qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar müzakirə edilib
Azərbaycandakı qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar müzakirə edilib
ANA SƏHİFƏ / Təhsil
18:11 06.09.2019
Sentyabrın 6-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar, həmçinin cari ilin oktyabrın 1-dən 10-dək Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq vəziyyəti və digər məsələlər müzakirə olunub.

Qonağı salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən sistemli sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Beynəlxalq və daxili miqrasiya proseslərinin bilavasitə qaçqın və məcburi köçkünlərlə birbaşa əlaqəli olduğunu xatırladan T.Budaqov qeyd edib ki, miqrasiya statistikasının təşkilində qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhaliyə dair məlumatların nəzərə alınması vacib məsələlədəndir. Əhalinin bu qrupuna dair sosial-iqtisadi və digər statistik göstəricilərin işlənməsinə tələbat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra yaranıb. Rəsmi statistikaya görə Azərbaycan Respublikası əhalisinin 1,2 milyonu və ya 12,4 faizi qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır. Komitə sədri münaqişə nəticəsində öz tarixi torpaqlarından məcburi didərgin düşən vətəndaşlarımızın daim dövlət qayğısı ilə əhatə olunduğunu, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində hər il böyük işlər görüldüyünü diqqətə çatdırıb.

Tahir Budaqov oktyabrın 1-dən 10-dək ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib.

Qeyd olunub ki, qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 1990-cı ildən etibarən əldə edilir. İnzibati məlumatlardan əlavə qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar əhalinin siyahıyaalınması zamanıda əldə olunur.

Qeyd olunanlarla yanaşı qaçqın və məcburi köçkünlər haqqında bir sıra statistik məlumatlar "Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı” vasitəsi ilə də əldə edilir. Vətəndaşlığı olmayan şəxslərə dair statistik məlumatlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən "Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” 1-miqrasiya №-li rüblük (illik) rəsmi statistika hesabatı forması vasitəsilə real-vaxt rejimində əldə olunur.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso səmimi görüşə görə məmnunluğunu ifadə edib, əhalinin siyahiyaalınmasına hazırlıq çərçivəsində görülən işləri yüksək qiymətləndirib.

Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında yeni əməkdaşlığın prespektivləri ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM