06 Sentyabr 2019 17:31
1226
PARLAMENT
A- A+

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədr müavini Milli Məclisdə olub


Sentyabrın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) sədr müavini, Pakistan Parlamentinin beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Müşahid Hüseyn Seyid ilə görüşü olub.

Milli Məclisdən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri qonağı salamlayaraq bildirib ki, Azərbaycan Asiya ölkələri ilə münasibətlərə xüsusi önəm verir. Azərbaycan-Pakistan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu ölkənin nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycana səfər edirlər. Qeyd edilib ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə yaxından əməkdaşlıq edir. Biz təşkilatın fəaliyyətini dəstəkləyirik.

Səməd Seyidov Milli Məclisin və sədrlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verib. Parlament diplomatiyası və parlament ənənələrinin formalaşması baxımından ölkədə əhəmiyyətli işlərin görüldüyünü deyib. Müxtəlif ölkələrlə, o cümlədən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının mövcud olduğunu söyləyib.

Söhbət zamanı ölkəmizin müstəqillik illərində dinamik inkişafı, dünya dövlətləri, həmçinin Pakistanla əlaqələrin genişləndirilməsi barədə söhbət açılıb. Qeyd edilib ki, biz region dövlətləri ilə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq əsasında həyata keçiririk.

Qonaq səmimi görüşə görə təşəkkürünü ifadə edib. Təmsil etdiyi təşkilatın YAP-ın fəaliyyətini yüksək dəyərləndirdiyi söyləyib. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətlərinin Pakistana səfərlərini yüksək qiymətləndirib. Parlamentlərarası əlaqələrin genişləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video