06 Sentyabr 2019 00:35
952
İQTİSADİYYAT
A- A+

Şəmkirdə keçirilən əmək yarmarkasında maaşı 2200 manatdan artıq olan iş yerləri təklif edilib


Şəmkir Rayon İcra Hakimiyyəti və rayon məşğulluq mərkəzinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkaya rayonun 24 müəssisə və təşkilatından 365 vakant iş yeri çıxarılıb.

Bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işsiz eləcə də işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib və vakant verilmiş iş yerləri ilə yaxından maraqlanıb.

A.Məmmədov rayonda əməktutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti olacağını bildirib.

Əmək yarmarkasına çıxarılan boş iş yerləri üçün minimum əməkhaqqı 250 manat, maksimum əməkhaqqı isə 2207 manat təşkil edib. Yarmarkada 98 nəfərə müvafiq iş yerlərinə göndəriş verilib, 21 nəfər peşə hazırlığı kurslarına, 12 nəfər isə haqqı ödəniləcək ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video