06 Sentyabr 2019 00:34
592
İQTİSADİYYAT
A- A+

Xəzər Boru Kəməri Konsorsiumu neft ixracını artırıb


Xəzər Boru Kəməri Konsorsiumu (CPC) 2019-cu ilin yanvar-avqust aylarında 41,517 milyon ton neft ixrac edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,26 faiz (40,205 milyon ton) çoxdur.

Xatırladaq ki, 2018-ci ildə ən böyük neft ixracı Tengiz yataqlarından (28,7 milyon ton), Kaşağandan (13,2 milyon ton) və Qaraçağanaqdan (10,3 milyon ton) olub.

Qazaxıstanın ümumi ixrac neftinin üçdəikisindən çoxu CPC ilə nəql edilir.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün yaradılıb. Konsorsium Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən və ümumi uzunluğu 1511 kilometr olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video