Alternative content

21:50 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın ən təhlükəsiz 10 şəhəri
Dünyanın ən təhlükəsiz 10 şəhəri
ANA SƏHİFƏ / DÜNYA
16:36 05.09.2019

Böyük Britaniyanın "Economist Intelligence Unit” şirkəti 2019-cu ildə dünyanın ən təhlükəsiz 10 şəhərini müəyyən edib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, "The Economist Intelligence Unit's 2019 Safe Cities” indeksinə görə, dünyanın 60 ən populyar şəhərinin rəqəmsal təhlükəsizlik, sağlamlıq, infrastruktur və şəxsi əmin-amalıq üzrə reytinqi müəyyən edilib. Bu indeks həmin şəhərlərdə rahat istirahət etmək, barlarda və gecə klublarında vaxt keçirmək, parklarda dincəlmək istəyənlərin bələdçisi olacaq.

"The Economist Intelligence Unit's 2019 Safe Cities” dünyanın ən təhlükəsiz şəhərinin Yaponiyanın paytaxtı Tokio olduğunu elan edib. Bu şəhər 100 qiymətləndirmə balından 92-sini toplayıb. İkinci yeri tutan Sinqapur 91,5 balla ikinci, Yaponiyanın Osaka şəhəri isə 90,9 balla üçüncü yerdədir.

Avropa şəhərləri arasında isə ən təhlükəsiz şəhər Amsterdamdır. ABŞ-ın şəhərlərindən ilk onluğa yalnız Vaşinqton daxil edilib.

Terror ehtimalının olmaması, iqlim dəyişmələrinin hiss edilməməsi, cinayətkarlığın səviyyəsinin ən aşağı həddə olması təhlükəsiz şəhərlərin seçilməsində yardımçı meyarlar kimi qəbul edilib. Son günlər iğtişaşların vüsət aldığı Honkonq isə 2017-ci ildəki 9-cu yerdən bu il 20-ci yerə düşüb. Laqos, Karakas, Kəraçi və Dəkkə kimi şəhərlər isə ən təhlükəli yerlər hesab olunub.

"The Economist Intelligence Unit's 2019 Safe Cities” indeksinə görə ilk 10 təhlükəsiz şəhərlər bunlardır:

1. Tokio, Yaponiya

2. Sinqapur

3. Osaka, Yaponiya

4. Amsterdam, Niderland

5. Sidney, Avstraliya

6. Toronto, Kanada

7. Vaşinqton, ABŞ

8. Kopenhagen, Danimarka

9. Seul, Cənubi Koreya

10. Melburn, Avstraliya



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM