05 Sentyabr 2019 13:54
696
CƏMİYYƏT
A- A+

Azərbaycanın və İranın Daxili İşlər nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində növbəti görüş olub

Sentyabrın 4-də Lənkəran şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun və İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Xidmətinin rəisi, briqada generalı Məhəmməd Zahedianın rəhbərlik etdikləri nümayəndə heyətlərinin ikitərəfli əməkdaşlıq çərçivəsində növbəti görüşləri olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis general-mayoru H.Aslanov iranlı həmkarlarına ölkəmizdə ümumən cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən və həyata keçirilən əməliyyat-profilaktik tədbirlərdən, əldə olunan nəticələrdən danışıb.

Görüşdə hər iki qonşu dövlətin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığın müsbət nəticələri vurğulanıb, narkotik vasitələrin qanunsuz dövriyyəsinin dost və qonşu xalqlar üçün narahatlıq yaratdığı qeyd edilib, bu sahədə qarşılıqlı əlaqələrin, birgə məlumat mübadiləsinin bundan sonra da davam etdirilməsi perspektivləri müzakirə olunub.

Briqada generalı Məhəmməd Zahedian hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, belə görüşlərin iki dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video