04 Sentyabr 2019 21:57
545
CƏMİYYƏT
A- A+

“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar


Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr Mübariz Qurbanlı çıxışında Azərbaycanın, eyni zamanda, müxtəlif ölkələrin dövlət-din modelləri, tolerant və multikultural dəyərlərimizin beynəlxalq aləmdə təbliği, komitənin dini maarifləndirmə istiqamətində gördüyü işlər haqqında tələbələrə məlumat verib. Komitə sədri qeyd edib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Dünyəvilik Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub.

Sonda müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb, o cümlədən müsabiqə qaliblərinə DQİDK-nın ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri haqqında ingilis dilində nəşr etdirdiyi kitab təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video