Alternative content

03:27 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyi: Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 19 min 234 müraciət daxil olub
Təhsil Nazirliyi: Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 19 min 234 müraciət daxil olub
ANA SƏHİFƏ / Təhsil
21:48 04.09.2019

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Avqustun 15-dən başlayan bu proseswww.sy.edu.azportalı vasitəsilə həyata keçirilir.

Təhsil NazirliyindənAZƏRTAC-a bildiriblər ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 min 234 müraciət daxil olub. Onlardan 13 min 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5 min 192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı və regionlarda alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi üçün valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşmalı, övladının ümumi təhsil informasiya sisteminə (ÜTİS) daxil edilməsi ilə bağlı müraciət etməlidir. Məktəb tərəfindən həmin şagird sistemə daxil edildikdən sonra valideynə övladının ÜTİS kodu təqdim olunur. Daha sonra valideyn şagirdlərin elektron yerdəyişməsi sistemində (www.sy.edu.az) qeydiyyatdan keçərək müraciət etmək istədiyi məktəbə sorğu yerləşdirir. Bunun üçün valideyn sistemdə şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil edir, daha sonra əldə olunmuş məlumatları təsdiqləyir və istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə gələn SMS-də göstərilmiş təsdiq kodu müvafiq açılan pəncərədə daxil edilir və qeydiyyat tamamlanır.

Növbəti mərhələdə valideyn ÜTİS kodu əsasında övladını elektron sistemdə qeydiyyatdan keçirir, yerdəyişmə etmək istədiyi məktəbi seçir. Sistem həmin məktəbdə boş siniflərin olub-olmadığını göstərir. Valideyn boş yeri olan (qara rənglə qeyd olunmuş) sinfi seçməklə məktəbə müraciətini tamamlayır. Sorğuya sistem tərəfindən ən geci 5 iş günü ərzində təsdiq gələndən sonra valideyn övladının şəxsi işini əvvəl təhsil aldığı məktəbdən götürərək müraciət etdiyi məktəbə təqdim edir.

Bundan əlavə, valideyn şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri 258 və 42 nömrəli tam orta məktəblərdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə yaxınlaşa və övladının qeydiyyat prosesini həyata keçirə bilər. Eyni zamanda, Alternativ Qeydiyyat Mərkəzindən şagirdin ÜTİS kodunu əldə etdikdən sonra valideynwww.sy.edu.azsisteminə daxil olmaqla yuxarıda qeyd olunan ardıcıllıqla sorğu yerləşdirə bilər.

Digər rayon (şəhər) ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikasındakı məktəblərə yerdəyişmə prosesi əvvəlki illərdə olduğu kimi, "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalar”a əsasən həyata keçirilir. Ətraflı olaraq bu linkdənhttps://edu.gov.az/az/page/394/5172məlumat əldə etmək mümkündür.

Xaricdə təhsil alan azərbaycanlı şagirdlərin respublikanın rayon (şəhər) məktəblərinə yerdəyişmə prosesi də Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi qaydalarına əsasən, həmçinin yuxarıda adıçəkilən alternativ qeydiyyat mərkəzlərində həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədi daşıyır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM