04 Sentyabr 2019 17:31
500
DÜNYA
A- A+

Rəsmi Kabil ABŞ-la “Taliban” arasında saziş layihəsindən narahatdır


Əfqanıstan hökuməti ABŞ-la "Taliban” radikal hərəkatının razılaşdırdığı sazişin doğuracağı nəticələrdən narahatdır. Bu bəyanatla Əfqanıstan Prezidentinin nümayəndəsi Sədiq Səddiqi çıxış etmişdir.

Səddiqi qeyd etmişdir ki, hökumət ölkədə davamlı sülhü təmin edən və müharibəyə son qoyan hər hansı irəliləyişi dəstəkləyir, amma hökumətin əsas narahatlığı ABŞ-la taliblər arasında sazişlə əlaqədardır. O vurğulamışdır ki, sazişlə bağlı əsas risklərin qarşısının necə alınması məsələsi ciddi narahatlıq doğurur: "Hökumət narahatdır və ona görə də arzuolunmaz riskləri təhlil etmək və təhlükəli nəticələrin ortaya çıxmasına mane olmaq üçün sənədlə bağlı izahat verilməsini tələb edir”.

Xəbər verildiyi kimi, ABŞ və "Taliban” Amerika qoşunlarının ölkədən çıxarılması müddəti barədə saziş layihəsini razılaşdırmışdır. Layihədə "Taliban” Əfqanıstan ərazisindən ABŞ-a və ya digər ölkələrə hücum üçün istifadə etməmək təminatı verir. Əfqanıstan hökuməti danışıqlarda iştirak etmirdi, hərçənd ABŞ israr edirdi ki, rəsmi Kabil yekun tənzimləmədə iştirak etməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video