04 Sentyabr 2019 17:00
605
SİYASƏT
A- A+

AZƏRTAC və İsrailin Tazpit agentliyi Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar


Amotz Ayal: Bu sənəd Tazpit-in xarici xəbər agentliyi ilə imzaladığı ilk rəsmi əməkdaşlıq müqaviləsidir


AZƏRTAC və İsrailin Tazpit xəbər agentliyi informasiya mübadiləsi və media texnologiyaları sahəsində əməkdaşlığa başlayır.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal arasında Bakıda keçirilən görüşdə əlaqələrin qurulması və perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan və İsrail arasında sıx mədəni, tarixi əlaqələrin olduğunu deyən Aslan Aslanov ölkələrimizin hazırda bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirib. Qeyd olunub ki, bütün bunlar informasiya sahəsində də tərəfdaşlıq üçün böyük imkanlar açır. İlkin mənbədən məlumat mübadiləsinin iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

AZƏRTAC ilə tərəfdaşlığa böyük önəm verdiklərini vurğulayan Tazpit agentliyinin icraçı direktoru Amotz Ayal bu əməkdaşlığın ölkələrimizi bir-birinə daha yaxından tanıtmaq baxımından faydalı olacağını deyib. "Tazpit İsrailin ilk xəbər agentliyi olaraq ölkə həyatının bütün sahələri üzrə informasiya yayır. Yeni yaranmış media qurumu olmasına baxmayaraq, media texnologiyalarını fəal şəkildə tətbiq edir”, - deyə Amotz Ayal bildirib.

Sonra Əməkdaşlıq barədə Anlaşma Memorandumunun imzalanma mərasimi olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materialların mübadiləsini, kadrların hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya əsasən, agentliklər gündəlik xəbər mübadiləsi həyata keçirəcəklər.

Amotz Ayal AZƏRTAC-ın jurnalistləri ilə görüşdə bildirib ki, bu gün imzalanan sənəd Tazpit-in xarici xəbər agentliyi ilə ilk rəsmi əməkdaşlıq müqaviləsidir. O, ilk tərəfdaş kimi AZƏRTAC-ı seçmələrinin təsadüfi olmadığını deyib. Qeyd edib ki, AZƏRTAC-ın yüzdən çox agentliyi ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, nüfuzlu xəbər agentlikləri ilə tərəfdaşlıq əlaqələri qurması bu seçimi şərtləndirən amillərdir. Əsasən də buna İsrail və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsi öz təsirini göstərib.

Görüşdə, həmçinin Azərbaycanda multikultural mühitdən, Azərbaycan və yəhudi xalqlarının burada tarixən sülh şəraitində yaşamasından, müasir media və jurnalistikanın inkişafı tendensiyalarından danışılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video