04 Sentyabr 2019 16:21
472
İQTİSADİYYAT
A- A+

Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin ticarət dövriyyəsi 32 faiz artıb


Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin ticarət dövriyyəsi yeddi ayda 32 faiz artıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

Nazir Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. Ölkəmizin TDƏŞ-ə üzv ölkələrlə ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran İqtisadiyyat naziri 2018-ci ildə ticarət dövriyyəsinin 29 faiz, bu ilin yanvar-iyul ayı ərzində isə 32 faiz artdığını bildirib. Qeyd olunub ki, Azərbaycan türkdilli dövlətlərin tədbirlərində fəal iştirak edir, üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.

İqtisadiyyat naziri Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlər, ölkəmizin bir sıra xarici ölkələrdə uğurla fəaliyyət göstərən ticarət evləri barədə məlumat verərək, Qazaxıstanın Nur-Sultan şəhərində də Azərbaycan Ticarət Evinin açılacağını diqqətə çatdırıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev TDƏŞ-in üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın bu təşkilatda fəal iştirakını vurğulayıb.

Görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, TDƏŞ-in 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili barədə müzakirələr aparılıb. Qeyd olunub ki, TDƏŞ VII Zirvə Toplantısı üzv ölkələrin iqtisadi əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video