04 Sentyabr 2019 13:39
588
DÜNYA
A- A+

Ermənistan ordusunun hərbi hissələrinin birindən silah oğurlanıb

Ermənistan ordusunun Madagiz ərazisində yerləşən hərbi hissələrinin birində silah oğurluğu olub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə "İnsan hüquqları üzrə jurnalistlər” qeyri-hökumət təşkilatına hərbi hissədəki mənbə məlumat verib.

İyul ayında baş verən oğurluqla bağlı rəsmi məlumat verilmir. Ancaq mənbənin məlumatına görə, oğurlanan silah "AQM” pulemyotunun bir növüdür və hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Məlumatda bildirilir ki, hərbi hissənin komandiri Armen Qyozalyan silahı müddətli hərbi qulluqçu, hazırda tərxis olunmuş S.M adlı şəxsin oğurladığından şübhələnir. Çünki komandir həmin əsgəri köləlik vaxtlarında qəbul edilmiş cəza vasitələri ilə cəzalandırıb. Bildirilir ki, komandir gecə yemək və yatmaq imkanından məhrum olan həmin gəncə hərbi qərargahın qarşısında oturmaq əmri verib. S.M adlı şəxs 3 gün oturaraq cəzasını keçirib. Halbuki onun tərxis müddəti bitibmiş. Bunula da məlum olur ki, komandir S.M adlı şəxsi qanunsuz olaraq xidmət yerində saxlayıb. Lori vilayətindən olan S.M adlı şəxs orduda xidmət edənə qədər isə Almaniyanın Makdeburq şəhərində yaşayıb. S.M adlı şəxs komandirinin xoşagəlməz cəzasını xatırlayıb. Onun hüquqlarını qoruyan Artsax vilayətinin vəkili Arman Baghryan isə verdiyi açıqlamada silah oğurluğu ilə əlaqədar cinayət işinin başlanıldığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video