04 Sentyabr 2019 11:15
593
CƏMİYYƏT
A- A+

Azərbaycanın və Türkiyənin Sahil mühafizələri arasında İşçi Protokolu imzalanıb


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) ilə Türkiyə Respublikasının müvafiq qurumları arasında ikitərəfli əlaqələr uğurla davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, birgə əməkdaşlıq fəaliyyətləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin dəvəti ilə sentyabrın 2-də Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı, kontr-admiral Ahmet Kendirin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sentyabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə sahil mühafizəsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub, birgə əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində qonaqlar DSX Sahil Mühafizəsində dəniz sərhədlərinin mühafizəsinin təşkili vəziyyəti və xüsusiyyətləri ilə tanış olub, aidiyyəti bölmələrin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə istifadə olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Türkiyə nümayəndələri müsbət təcrübə mübadiləsini aparıb, gələcək əlaqələrin perspektivlərini müzakirə edib və sahil mühafizəsi bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə ediblər. Görüşün nəticələrinə dair nümayəndə heyətlərinin İşçi Protokolu imzalanıb.

Qonaqlar səfər çərçivəsində Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, həmçinin Heydər Əliyev Mərkəzi, Bakı şəhərinin mədəni-tarixi abidələri və Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən Siyasi repressiya qurbanları muzeyi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video