04 Sentyabr 2019 09:38
542
SİYASƏT
A- A+

Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır


Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının ölkəmizdəki səfiri xanım Aurelia Buşez ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfir Aurelia Buşez diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas tərəfdaşı olduğunu vurğulayıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və digər layihələrin əhəmiyyətini qeyd edib. Səfir Aurelia Buşez Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ənənəvi neft sənayesi ölkəsindən artıq qeyri-neft sektorunun inkişaf etdiyi ölkəyə çevrildiyini bildirib.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini deyib və son zamanlar baş tutan qarşılıqlı səfərlər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırıb. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

Görüşdə tərəflər Azərbaycan ilə Fransa arasında siyasət, iqtisadiyyat, mədəniyyət, elm-təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Nazir Elmar Məmmədyarov səfir xanım Aurelia Buşezə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video