Alternative content

06:32 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yüksək sosial rifahın real nümunəsi
Yüksək sosial rifahın real nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
00:31 04.09.2019


Prezident İlham Əliyevin iki böyük sosial paketi çərçivəsində ölkədə ilk dəfə olaraq minimum əməkhaqqı bir ildə 2 dəfə artırılıb


Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq və vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Elə bu səbəbdən də dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, eyni zamanda hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.

Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqoriyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, onlar güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.

Beləliklə, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

2019-cu ilin əvvəlindən başlayaraq dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşların rifah halını yüksəldib.

Prezidentin 2 sosial paketi ümumilikdə 4,2 milyon nəfəri əhatə edib. İki sosial paket çərçivəsində reallaşan uğurlu göstəricilərə nəzər yetirdikdə bunu aydın şəkildə görə bilərik.

Beləliklə, iki sosial paket 4,2 milyon insanı əhatə edir. İki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manat, gələn üçün isə 3 milyard manatdır. Bu isə o deməkdir ki, Azərbaycanda bir il ərzində iki dəfə minimum əməkhaqqı və minimum pensiya artırılıb. Ölkəmiz bu göstərici üzrə MDB-də müvafiq olaraq 1-ci yerdə qərarlaşıb.

Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün atılan növbəti addımdır və sosial rifahın yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin miqyasının getdikcə artdığını göstərir. Şübhəsiz ki, bu islahatların başında Azərbaycan vətəndaşının maraqları və onun rifah halının yaxşılaşdırılması, həmçinin sosial ədalət və humanizm prinsipləri durur.

Digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən səylər onu deməyə əsas verir ki, bunlar ölkənin dinamik inkişaf etməsinə və yoxsulluğun daha da azalmasına səbəb olacaq.

Əminliklə deyə bilərik ki, bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir.

Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası isə gündən-günə genişlənir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin sosial islahatlarla bağlı ilin əvvəlindən başlayaraq imzaladığı fərman və sərəncamlar onu deməyə əsas verir ki, 2019-cu il böyük sosial səmərəlilik ilidir və ölkəmizin tarixinə sosial islahatlar ili kimi yazılacaq.


I sosial paket:

- Minimum əməkhaqqı 130 manatdan 180 manata yüksəldi;
- 600 min işçinin əməkhaqqı artırıldı;
- 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər 100 faiz artdı;
- 9 kateqoriya üzrə Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz artdı;
- 450 min nəfərin əməkhaqqında 30 faiz, 150 min nəfərdə isə 25 faiz artım oldu;
- 223 min insanın pensiya təminatı yaxşılaşdırıldı;
- Minimum əməkhaqqı və minimum pensiya 40 faiz artdı;
- 100 minə yaxın tələbənin təqaüdü artırıldı;
- Minimum pensiyalar 116 manatdan 160 manata yüksəldi;
- Milli qəhrəmanlar üçün Prezident təqaüdü 1000 manatdan 1300 manata qalxdı;
- Şəhid ailəsinə verilən təqaüd 242 manatdan 300 manata qaldırıldı;
- Əfqanıstan şəhidlərinin ailəsinə verilən müavinət 300 manat oldu;
- 2 yeni təqaüd növü təsis edildi;
- 800 mindən çox insanın problemli krediti həll edildi;
- Çoxmənzilli binalardakı mənzil probleminin həlli 300-400 insanı əhatə etdi;
- 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalandı;
- Sosial məsələlərin həllinə ümumilikdə 1,6 milyard manat vəsait yönləndirildi;
- Bu gün artımlardan 830 min insan yararlanır.

II sosial paket:

- Minimum əməkhaqqı 180 manatdan 250 manata yüksəldi;
- 1 milyon 350 min işçinin əməkhaqqı artırıldı;
- 950 min nəfərin (600 min dövlət, 350 min qeyri-dövlət sektoru) maaşı artdı;
- Büdcədən maliyyələşən 400 min nəfərin vəzifə maaşları 20-50 faiz yüksəldi;
- Artım üçün büdcədən illik 780 milyon manat əlavə vəsait ayrıldı;
- Minimum əməkhaqqının məbləği 92,3 faiz artırıldı;
- Minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faiz üstələdi;
- 750 min pensiyaçıya verilən vəsait isə oktyabrın 1-dən artırılacaq;
- Pensiyanın minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq;
- Bu artım 660 min nəfər pensiyaçını əhatə edəcək;
- Bununla pensiyanın minimum məbləği il ərzində 72,4 faiz artırılmış olacaq;
- İki sosial paketin 2 illik maliyyə tutumu 5,3 milyard manatdır;


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM