04 Sentyabr 2019 00:30
596
CƏMİYYƏT
A- A+

Məmur vətəndaşın yanında olanda...


Hər zaman insan amilini, xüsusilə vətəndaş məmnunluğunu önə çəkən dövlət başçısı regionların inkişafında əhalinin arzu və təkliflərinin əhəmiyyətli olduğunu dəfələrlə vurğulamış və icra orqanlarının fəaliyyətində bunların əsas götürülməsini vacib hesab etmişdir.

Prezidentin verdiyi tapşırıq və tövsiyələrə diqqətlə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi öz fəaliyyətində məhz bu prinsipi əsas götürərək tez-tez kənd və qəsəbələrdə olur, əhalinin arzu və təkliflərini dinləyir, mövcud problemlərin vaxtında həll olunmasını təmin edir.

Qərb bölgəsində yerləşən və Ermənistanla 168 kilometr həmsərhəd olan Qazax rayonunda bu iş üsulu ikiqat əhəmiyyətlidir. Rayon icra hakimiyyətinin başçısı R.Babaşov, eləcə də idarə və təşkilatların rəhbərləri ən azı həftədə 3 dəfə yerlərdə olur, sakinlərin arzu və istəklərini, problemlərini öyrənirlər. Özü də belə görüşlərdə rayon rəhbərliyi təkcə sakinləri dinləməklə işini bitmiş hesab etmir, qaldırılan problemlərin vaxtında həll olunması üçün yerindəcə tapşırıqlar verir, bir neçə gündən sonra isə onun icrası vəziyyətini yoxlayır. İşin belə təşkili əhalini razı salmaqla yanaşı, onlarda dövlətə inamı da artırır.

Çaylı kənd sakini Elmar Musayev 20 hektara yaxın ərazidə gül kələmi əkdiyi, lakin həmin sahənin suvarma suyu ilə təminatında problem olması barədə rayon icra hakimiyyəti başçısına ərizə ilə müraciət edərək 30 ailənin çalışdığı təsərrüfata ziyanın dəyməməsi, əkin sahəsinin vaxtında suvarılması üçün kömək göstərilməsini xahiş etmişdi.

Məsələ operativ həll olundu. Problemin belə tezliklə həll ediləcəyini gözləməyən təsərrüfat sahibi indi ölkə rəhbərinə olduqca minnətdardır.

Başqa bir ərizə isə Qazax şəhəri Səməd Vurğun küçəsinin sakinləri tərəfindən gəlmişdi. Sakinlər yazırdılar ki, məhəllədə yeni elektrik transformatoruna, dayaqların və naqillərin dəyişdirilməsinə ehtiyac var. Ərizə ilə bağlı Elektrik Şəbəkəsinin rəisi ilə birlikdə həmin məhəllədə olan RİH başçısı sakinlərlə görüşmüşdür. Cəmi bir həftə ərzində sakinlərin qaldırdıqları məsələ öz həllini tapmışdır.

Rayon rəhbərliyi Qazax şəhərinin Heydər Əliyev prospekti 144 nömrəli ünvanda yaşayan Dilşad Paşayevanın ərizəsi ilə əlaqədar onun mənzilində də olmuşdur. Dilşad Paşayeva ona məxsus torpaq sahəsinin zəbt olunduğunu bildirmişdi. Elə yerindəcə məsələnin araşdırılması ilə bağlı tapşırıq verilmişdir. Bir neçə gündən sonra yaşlı qadının şikayəti təmin olunmuşdur.

Növbəti səyyar görüşlərdən birində Ürkməzli kəndinin sakinləri su ilə təminat məsələsini qaldırmışlar. RİH başçısı bununla bağlı tapşırıq vermiş və nəticəsini yoxlamaq üçün bir neçə gündən sonra həmin kəndə getmiş və verilən tapşırığın icrası ilə bağlı görülən işlərlə maraqlanmışdır. Kənd sakinləri qaldırdıqları problemin həllinə görə razılıqlarını bildirmişlər.

Ağköynək kəndində keçirilən səyyar görüşdə isə kənd sakinləri subartezian quyusundan istifadədə özbaşınalığın hökm sürdüyünü diqqətə çatdırmışlar. Görüş zamanı həmin quyudan növbəlilik əsasında istifadə olunması üçün kəndin ica nümayəndəliyinə və bələdiyyəyə tapşırıq verilmişdir.

Rayon icra hakimiyyətinə digər məsələlərlə bağlı müraciətlər də olur. Məsələn, şəhər sakini, rəssam Ülvi Cəfərov fərdi sərgisinin açılması üçün müraciət etmiş və onun istəyi yerinə yetirilmişdir. Daş Salahlı kəndinin sakini Pəri Məmmədova isə nəvəsinin işlə təmin olunması barədə müraciət etmişdi. Hazırda onun nəvəsi tikinti təşkilatında çalışır.

Ümumiyyətlə, rayonda müraciətlərin çoxu işlə təminat məsələsidir ki, bu sahədə də imkan daxilində vətəndaşlara lazımi kömək göstərilir. Məsələn, şəhər sakinləri Dürrə İbrahimovanın, Dürdanə Orucovanın, Yuxarı Əskipara kənd sakini Orxan Vəliyevin, Kəmərli kənd sakini Aslan Cəlilovun, Qarapapaq kənd sakinləri Anar Yaqubovun övladlarının işlə bağlı müraciətləri müsbət həll olunmuşdur. Ağköynək kənd sakini Dilqəm Bağırovanın, Qarapapaq kənd sakinləri Sevda Bağırovanın, Süsən İsgəndərovanın, eləcə də Dilarə Mustafayevanın onlara məxsus pay torpaqlarının sənədləşməsində yaranan çətinliklərlə bağlı müraciətləri də müsbət həll olunmuşdur. Şəhər sakinləri Mehnurə Möhtərəmovanı, Ruhiyyə Məmmədovanı, Qarapapaq kənd sakini Tacir Sarıyevi, Daş Salahlı kənd sakini Famil Aşırovu, İkinci Şıxlı kənd sakini Kamandar Süleymanovu rahatsız edən problemlər də həll edilmişdir.

Qazax rayonunda məskunlaşan məcburi köçkünlər də diqqət mərkəzindədir. Bu yaxınlarda rayonun Nəriman Nərimanov qəsəbəsində məskunlaşmış Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kənd sakinləri rayon icra hakimiyyətinə etdikləri müraciətdə illər öncə onlara məxsus olan fərdi qaz sayğacında yaranmış borcun yeni quraşdırılmış SMART tipli sayğaclardan silinməsini istəmişlər. RİH başçısı ərizə ilə əlaqədar həmin qəsəbədə sakinlərlə görüşmüş, qaldırılan məsələnin tezliklə həll ediləcəyini bildirmişdir. Qəsəbə sakinləri isə RİH başçısının verdiyi sözə əməl edəcəyinə əmindirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video