04 Sentyabr 2019 00:24
530
SİYASƏT
A- A+

İstanbulda “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Günü” Forumu işə başlayıb


Sentyabrın 3-də Türkiyənin İstanbul şəhərində "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Günü” Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə, eyni zamanda, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər və İdman naziri Aruna Modibo Toure və digərləri də iştirak edirlər.

Forumda çıxış edən nazir Azad Rəhimov əvvəlcə Taha Ayhanı İCYF-nin prezidenti seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Nazir bu təşkilatın çox böyük inkişaf yolu keçdiyini və ötən dövr ərzində İƏT-ə üzv ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu qeyd edib.

Nazir çıxışında Azərbaycan hökumətinin daim İCYF-ni dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında İslam Əməkdaşlığı Gənclər Forumunun Baş Assambleyasının Bakıda keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, İstanbulda İCYF-nin baş qərargahının açılışında da Prezident İlham Əliyevin iştirak etdiyini bildirib. O vurğulayıb ki, həmin gün - 3 sentyabr tarixinin İslam Konfransı Təşkilatı tərəfindən İslam Ölkələri Gənclər Günü kimi qeyd olunması haqqında qərar qəbul edilib.

Azad Rəhimov təşkilat və Azərbaycan hökuməti arasındakı sıx münasibətlərdən danışarkən bildirib: "2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Gənclərin hamisi ilk Fəxri Nişanını verdiyiniz üçün sizə təşəkkür edirəm”.

Nazir söyləyib ki, bu gün dünyanın 25 faizini, təqribən 2 milyard əhalisini müsəlmanlar təşkil edir. Bu din dünyada yüksək sürətlə inkişaf etməkdədir. Əfsuslar olsun ki, bir sıra islam ölkələrinin gəlirləri və həyat səviyyələri dünyanın digər ölkələri ilə müqayisədə çox aşağıdır. Təhsil və gənclər siyasəti hər bir ölkənin prioritet sahələrindən olmalıdır. Gənclər siyasi, iqtisadi, ümumilikdə ölkənin inkişafına istiqamətlənmiş sahələrdə özlərini realizə edib, böyük işlərə imza atmalıdırlar. Təbii ki, bütün bu məsələlərdə dövlətin rolu əvəzsizdir. Ölkədə gənclər siyasəti mütləq şəkildə yüksək səviyyədə inkişaf etməlidir.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında məlumat verən nazir Azad Rəhimov deyib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlmiş dövlət proqramları, strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan çox gənclər mərkəzləri mövcuddur. Üç yüzdən çox gənclər təşkilatı fəaliyyət göstərir.

Sonda nazir forum iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, forum çərçivəsində nazir Azad Rəhimov Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər və İdman naziri Aruna Modibo Toure, həmçinin Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğan ilə ikitərəfli görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video