04 Sentyabr 2019 00:20
476
İQTİSADİYYAT
A- A+

Müəllimlər məmnundurlar


Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının 20 faiz artırılması Qax rayonunun təhsil işçiləri tərəfindən də böyük razılıq hissi ilə qarşılanıb.

Qax şəhərindəki şəhid Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin direktor müavini Bəsti Əfəndiyeva: "Əhalinin sosial rifahının yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. 43 ildir ki, məktəbdə müəllim işləyirəm. Ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verilir, onların sosial rifahının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Son illər dövlət başçısı tərəfindən müəllimlərin əməkhaqqının artırılması ilə bağlı bir neçə sərəncam imzalanıb. Prezident İlham Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncama əsasən əməkhaqlarımızın növbəti dəfə 20 faiz artırılması təhsilə qayğının, müəllim əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir”.

Sərəncamın məktəbdə işləyən 70-dək müəllimə şamil olunacağını diqqətə çatdıran Bəsti Əfəndiyeva deyib: "Əməkhaqqının artırılması biz müəllimləri daha yaxşı işləməyə ruhlandırır. Təbii haldır ki, müəllimin maddi rifahı yüksəldikcə daha yaxşı işləyəcək, uğurlu nəticələr əldə edəcək. Hazırda məktəbimizdə elə müəllimlər var ki, 400-600 manat əməkhaqqı alır. Bir neçə il əvvəl isə əməkhaqlarımız bundan 2-3 dəfə aşağı idi. Müəllim əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Dövlət başçısını əmin edirik ki, bizə göstərilən etimadı layiqincə doğruldacaq, gənc nəslin təlim-tərbiyəsi işində daha böyük nailiyyətlər qazanacağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video