04 Sentyabr 2019 00:19
399
İQTİSADİYYAT
A- A+

Naxçıvan MR-də səyyar sığorta xidməti genişlənir


Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin səyyar sığorta xidməti öz əhatə dairəsini genişləndirməkdədir. Agentliyə verilmiş 2 səyyar xidmət avtomobili muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində vətəndaşların müraciətlərinə uyğun olaraq sığorta ərizələrinin qəbulu və müqavilələrin bağlanmasını mütəmadi şəkildə həyata keçirir.

Səyyar xidmət avtomobillərində internetə qoşulmuş kompüter avadanlıqları vasitəsilə göstərilən xidmətlər muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin rayon mərkəzlərinə getmədən işlərinin həll olunmasına və vaxta qənaət edilməsinə imkan yaradır. Səyyar sığorta xidmətinin yaradılmasından keçən müddət ərzində xidmət əməkdaşları Şərur, Babək, Ordubad, Şahbuz, Kəngərli, Sədərək rayonları və habelə Naxçıvan şəhərinin bütün ərazisi üzrə 73 inzibati ərazi dairəsində vətəndaşların müraciətinə baxıb, sığorta müqavilələri bağlanılıb. Bağlanan sığorta müqavilələri əsasən muxtar respublikada həyata keçirilən bütün növ icbari və könüllü sığortaları əhatə edir.

Hazırda muxtar respublikanın rayon dövlət sığorta agentlikləri 4 icbari və 7 könüllü sığorta üzrə fəaliyyətini həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video