Alternative content

18:44 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tələbələrlə görüş
Tələbələrlə görüş
ANA SƏHİFƏ / Təhsil
00:15 04.09.2019


Ali məktəblərə qəbul olunan ağcabədili məzunların sayı son 15 ildə 8 dəfədən çox artmışdır


Cari ildə ali məktəblərə qəbul olunmuş ağcabədili məzunlarla görüş keçirilmişdir. Görüşə tələbə adı qazanmış gənclər, onların valideynləri, məktəb direktorları, rayon ictimaiyyətinin nümayəndələri dəvət olunmuşdular. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyub xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir "Qızılsaray”da davam etdirildi. Rayon təhsil şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək ölkəmizdə təhsilə dövlət qayğısından, Ağcabədidə bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsindən, qazanılan uğurlardan danışdı. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Ağcabədi təhsilinin inkişafına, yeni məktəb və uşaq bağçalarının tikintisinə xüsusi qayğı və diqqət göstərdiklərini minnətdarlıqla vurğuladı.

2018-2019-cu tədris ili Ağcabədi təhsili üçün bütövlükdə uğurlu olub. Respublika üzrə keçirilən fənn olimpiadalarında M.F.Axundov adına məktəb-liseyin 11-ci sinif şagirdi Anar Məmmədov və Cəfərbəyli kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Rəvan Cəfərov qızıl, Sarıcalı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Yağmur Hüseynova gümüş medala layiq görülmüşlər. Yağmur Hüseynova orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə Təhsil Nazirliyi tərəfindən qızıl medalla təltif olunmuşdur. Bu il Ağcabədidən ali məktəblərə 449 nəfər məzun qəbul olunmuşdur. Tələbə adı qazanan gənclərin 11 nəfəri 600-700 arası, 41 nəfəri isə 500-600 arası bal toplamışdır.

Tələbə adı qazanan gənclər adından Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Yağmur Hüseynova, Bakı Dövlət Universitetinin tələbəsi Anar Məmmədov, Azərbaycan Dillər Universitetinin tələbəsi Çinarə Hacıyeva, Azərbaycan Tibb Universitetinin tələbəsi Kamil Ələkbərzadə, valideyn Seymur Sadıqov və başqaları çıxış edərək qayğı və diqqətə görə Prezident İlham Əliyevə, orta məktəb müəllimlərinə minnətdarlıqlarını bildirdilər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tələbə adı qazanmış gəncləri təbrik etdi, ölkədə təhsilin inkişafına davamlı dövlət qayğısını diqqətə çatdırdı.

Milli Məclisin deputatı Tahir Rzayev yüksək bal toplayan tələbələrə təhsildə uğurlar arzuladı.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək bal toplayan gənclərə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM