Alternative content

18:40 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hədəfini düzgün seçən gənc
Hədəfini düzgün seçən gənc
ANA SƏHİFƏ / Təhsil
00:13 04.09.2019


Toğrul HACIZADƏ: "Sahəsindən asılı olmayaraq seçdiyin ixtisasın peşəkarı olmalısan”


"Düşünürəm ki, təsadüfi qələbə olmur və nəticə əldə etmək üçün sistemli çalışmaq lazımdır. Sonradan yox, elə ibtidai siniflərdən etibarən bütün dərslərimi yaxşı oxumuşam və bu da nailiyyət qazanmağımın əsl səbəblərindəndir. Məktəbdə dərslərə diqqətlə qulaq asmaq lazımdır. Düzdür, hazırlıqlar da müəyyən mənada bilik səviyyəsinin yüksəlməsinə kömək edir, amma əsas təməl məktəbdə qoyulur. Məktəbdə dərslərimi tam öyrənib bitirirdim, hazırlığa isə ancaq təkrar üçün gedirdim. O cümlədən də imtahana hazırlaşanda məsuliyyətli olmaq vacibdir”.

Bu fikirləri II ixtisas qrupu üzrə keçirilən builki qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplayan vunderkind gənclərimizdən biri, Toğrul Hacızadə deyir. Akademik Zərifə Əliyeva adına liseyin qızıl medallı məzunu Toğrul yaz imtahanlarında 692 bal toplayıb və o, dünyanın ən nüfuzlu universitetlərindən biri olan Türkiyənin Orta Doğu Texniki Universitetinin İqtisadiyyat bölməsini seçib.

Orta məktəbdə iki dəfə, X-XI siniflərdə coğrafiya fənni üzrə respublika fənn olimpiadalarında gümüş medal qazanan Toğrul Hacızadə uğur yolundan danışır, ondan sonra gələn gənclərin də məqsədlərinə çatma istiqamətində diqqət yetirmələri vacib məqamlara aydınlıq gətirir.


"İmtahan qarşıya qoyduğun məqsədlərə çatmaq üçün bir vasitədir”


Toğrul deyir ki, builki buraxılış imtahanlarından 295, yaz qəbul imtahanından 397 bal toplayıb. Kifayət qədər yüksək, 692 balla istədiyi ixtisasa yiyələnə biləcəyi üçün yay imtahanlarında iştirak etməyə lüzum görməyib: "Builki imtahanda sistem fərqli olduğuna görə bütün abituriyentlər, valideynlər çox həyəcanlı idilər, o cümlədən də mən. İmtahandan qabaq özümü çox da hazırlıqlı hiss etmirdim. Düşünürdüm ki, imtahanda hazırlıq məqsədilə iştirak edirəm, qarşıda yay imahanı var. Amma imtahan zamanı suallar yazılmış vərəqi qarşımda görəndə baxdım ki, narahatlığa ehtiyac yoxdu. Sualları düzgün cavablandıra biləcəyəm”.

Toğrul qeyd edir ki, imtahanlarda uğur qazanmaq üçün təkcə bilik yetərli deyil, əlavə dünyagörüşü də lazımdır: "Məsələn, tarixi öyrənəndə heç zaman hadisələrin ardıcıllığını əzbərləmirdim, təfəkkürümə görə bilirdim ki, bu müqavilənin şərti, yaxud döyüşün nəticəsi necə ola bilər. Hər şeyi əzbər yadda saxlamaq olmaz. Hansısa oxuduğun məlumat, baxdığın tarixi, sənədli filmlər bu mənada çox kömək edir. Liseylərdə X-XI siniflərdə başqa fənlər əvəzinə ixtisas fənlərinə əlavə saatlar verilir. Bu zaman filmlərə baxır, müəllimin əlavə məlumatlarına qulaq asırdıq, yəni biliyi sadəcə kitablardan almırdıq. Məlumatı başqa yerlərdən yadda saxlamaq mənbəyi olanda daha asan olur”.

Gələcək iqtisadçı deyir ki, əvvəlcə valideynləri onu həkim görmək arzusunda olublar, amma sonra seçiminə hörmətlə yanaşıblar. Anası müəllim, atası isə neft mühəndisi olan Toğrulun ümumiyyətlə, qohumları arasında da əksəriyyət ya müəllim, ya da neft mühəndisidir, bircə o, fərqli sahəni, iqtisadiyyatı seçib. Özünü bu sahədə daha yaxşı ifadə edəcəyini düşünür.


Psixoloji dəstək vacibdir


İmtahana hazırlaşan müddətdə həm müəllimlərindən, həm də ailəsindən dəstək aldığını söyləyən Toğrul vurğulayır ki, bu mərhələdə xüsusilə psixoloji kömək ən mühüm məqamdır: "Bunun üçün ailəmin dəstəyi çox olub. Məsələn, hər zaman deyirdilər ki, "imtahanın nəticəsi nə olur- olsun, sən bizim oğlumuzsan. Heç zaman düşünmə ki, aşağı nəticə göstərsən, biz pis olacağıq”. Valideynlərim bilirdilər ki, yaxşı oxuyuram, nəticə yaxşı olacaq, amma yenə də sona qədər mənə psixoloji dayaq durdular. Məni heç kimlə müqayisə etmədilər, basqı göstərmədilər, fikirlərimə hörmətlə yanaşdılar, oxumağım üçün hər cür şərait yaratdılar. Bütün bunlara görə imtahana hazırlaşan müddətdə, imtahanda da özümü rahat hiss etmişəm. Düşünürəm ki, uğur qazanmağımda məhz bu sadaladığım amillərin də təsiri var”.

Boş zamanlarında üzməyi, mütaliə etməyi, filmlərə baxmağı sevdiyini söyləyən Toğrul bildirir ki, əlavə bu kimi fiziki və mənəvi aktivliklər dərs oxumağa və imtahanlara hazırlaşmağa mane olmur, əksinə, motivasiya verir: "Həmçinin intellektual oyunlarda da iştirak edirəm. Hətta 2 dəfə "Əlaçı” və 1 dəfə "Mən azərbaycanlıyam” televiziya intellektual yarışmasında qalib olmuşam. Sosial şəbəkədə də aktivəm, məlumatlarla tanış olur, dostların paylaşımlarına baxır, özüm də paylaşımlar edirəm”.

Toğrul qeyd edir ki, sahəsindən asılı olmayaraq seçdiyin ixtisasın peşəkarı olmalısan: "Mən də seçim edəndə iqtisadiyyat sahəsində bacarıqlı olacağımı düşündüyüm üçün bu sahənin üzərində durdum. Hər zaman dərslərə məsuliyyətlə yanaşmışam. Düşünürəm ki, gələcək karyeramı qurmağımda da bu davranış mənə kömək edəcək”.

Bilikli, dünyagörüşlü, enerjili, kreativ gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Gənclərin bu potensiallarını zamanında aşkarlayıb düzgün istiqamətə yönəltmələri isə olduqca vacibdir. Ölkəmizdə bu xüsusiyyətə malik istedadlı gənclərimizin sayı çoxdur. Elə bugünkü həmsöhbətimiz Toğrul Hacızadə də gələcək hədəflərini düzgün müəyyənləşdirən gənclərimizdəndir.

Ona bu məsuliyyətli və şərəfli yolda uğurlar arzulayırıq.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM