Alternative content

03:26 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Əgər yaxşı mütəxəssis olmaq istəyiriksə, sevdiyimiz ixtisası seçməliyik”
“Əgər yaxşı mütəxəssis olmaq istəyiriksə, sevdiyimiz ixtisası seçməliyik”
ANA SƏHİFƏ / Təhsil
00:12 04.09.2019


Qəbul imtahanlarında ən yüksək bal toplamış Əsmər Hacızadə uğur qazanmağın sirlərini açıqladı


Ölkəmizdə təhsilin inkişafı istiqamətində ardıcıl uğurlu islahatlar aparılır. Bu islahatlar dövlətin gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir və onların təhsil səviyyələrinin yüksəlməsinə, elmi inkişafına xidmət göstərir. Bu istiqamətdə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılmasına hesablanıb.

Elə bu il fevralın 14-də dövlət başçısının imzaladığı fərmana əsasən ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 210 manata qaldırılıb. Bu qərar təhsil ictimaiyyətinin, ələlxüsus da yüksək nəticə göstərərək ali məktəbə qəbul olunan tələbələrin sevincinə səbəb olub. Həmçinin bu, ali məktəblərə yüksək balla qəbul olunmağı hədəfləyənlərə əlavə stimul verib.

"Yaz imtahanlarından 684.1 bal yığmışdım. Bu, kifayət qədər yüksək baldır və mən istədiyim ali məktəbə qəbul oluna bilərdim. Amma düşündüm ki, birdən bu bal Prezident təqaüdçüsü olmağıma yetməz və qərara gəldim ki, yay imtahanlarında da iştirak edim. Beləliklə, ikinci imtahandan 690.5 bal yığaraq bu il ən yüksək bal toplayan tələbələr sırasında yer aldım. Artıq mən də sevinc və qürurla deyə bilərəm ki, Prezident təqaüdçüsüyəm”.

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə yüksək bal (690.5) toplamış Əsmər Hacızadə söylədi.


"Builki qəbul imtahanları çətin yox, bir qədər fərqli idi”


Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasını seçən Əsmər Hacızadə Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbin məzunudur. Kompüterə böyük marağı olduğu üçün məhz bu sahə üzrə peşəkar mütəxəssis kimi formalaşmağı qarşısına məqsəd qoyub.

Bu il ilk dəfə ali məktəblərə qəbul imtahanları kurrikulum üsulu ilə keçirilib. Bəs, görəsən, yeni sistemdə imtahan vermək abituriyentlərə hansısa çətinlik yaratmayıb ki?

Əsmər deyir ki, sistem dəyişdiyi üçün imtahanda açıq tipli suallardan da istifadə olunub: "Builki imtahanlar çətin yox, sadəcə əvvəlkilərdən bir qədər fərqli idi. Hansı ki, neçə illər idi eyni tipli test suallarına öyrəşmişdik. Buna görə də ilbəil 700 bal toplamaq asanlaşırdı. İndi sistem dəyişdiyi üçün abituriyentlər bir qədər fərqlilik gördülər. Məsələn, Azərbaycan dilindən açıq tipli suallar var idi və onların qiymətləndirilməsində kompüter yox, insan faktoru yer alırdı. Meyara əsasən açıq sualların 2-3 doğru cavabı olur və əgər o cavablardan heç birinə uyğun cavab yazmasan, bal ala bilmirsən. İmtahanda tərtib olunan suallarda biliklə yanaşı dünyagörüşü də tələb olunurdu ki, kreativliyini işlədəsən və düzgün cavab yazasan. Bu mənalarda builki imtahanda maksimum bal yığmaq əvvəlki test üsulundan çətin idi. Amma buna baxmayaraq, düşünürəm ki, bu sistem daha yaxşıdır, çünki daha intellektual abituriyentlərin şansını artırır”.


Uğur qazanmağın açarı


Orta məktəbdə əla qiymətlərlə oxuyan Əsmər Hacıyeva IX və XI sinifləri qırmızı attestatla bitirib. Məktəblilərarası olimpiadalarda iştirak edərək yüksək nəticələr əldə edib, VIII sinifdə oxuyarkən kimya fənnindən keçirilən olimpiadada III yerə layiq görülüb.

İstedadlı gənc düşünür ki, onu yaşıdlarından fərqləndirən xüsusi cəhətlər yoxdur: "Ola bilsin ki, dərsləri bəzimiz daha tez, bəzimiz bir az gec anlayırıq. Sadəcə daha gec anlayanlar bir az çox çalışmalıdırlar. Amma tövsiyə etmirəm ki, zamanlarının hamısını dərs çalışmaqla keçirsinlər. Mən dərslərimə də, istirahətimə də zaman ayırmışam. Düşünürəm ki, uğur qazanmağımın əsas səbəbi düzgün vaxt bölgüsü olub, özümü yormamışam. Ən çox 4 saatımı dərsə həsr edib, digər zamanımı istirahətə, idmana və digər işlərə sərf etmişəm”.

Dərsdən əlavə musiqi dinləməyi, xüsusilə bədii kitab oxumağı çox sevdiyini söyləyən gələcəyin kompüter mütəxəssisi qeyd edir ki, düşüncə qabiliyyətini artırmaq üçün sadəcə dərs oxumaq kifayət deyil, mütaliə də vacibdir: "Müşahidə edirəm ki, bədii ədəbiyyat oxuyan gənclərin düşüncə tərzi fərqli olur, yəni məsələlərə fərqli aspektlərdən yanaşa bilirlər. Hətta qəbul imtahanlarında da bu bizə kömək edir. III qrup olmasam belə, Azərbaycan dilindən açıq suallarda bədii ədəbiyyat oxumağım köməyimə gəldi”.

Gənc tələbə, "məncə, yüksək bal toplayan abituriyentlər ən yüksək qəbul balı olan ixtisasları yox, öz istədikləri, onlar üçün gələcəkdə faydalı olacaq seçimlər etməlidirlər” deyə vurğulayır və deyir ki, bəzən elə hallara rast gəlinir ki, arzuolunan ixtisasın balı digərlərindən daha aşağı olur, abituriyent isə daha yüksək bal toplayır: "Bu zaman bir çox abituriyent bala görə seçim edir. Mənə görə bu, çox yanlışdır. Əgər yaxşı mütəxəssis olmaq istəyiriksə, sevdiyimiz ixtisası seçməliyik”.

Əsmər Hacızadə təhsilini uğurla başa vuraraq, xarici universitetlərin birində magistratura təhsili almaq istəyir: "Əsas məqsədim ixtisasım üzrə yaxşı mütəxəssis olub, peşəkar karyera qurmaqdır. Ən yaxşı mütəxəssis olana qədər çalışacağam və ölkəmizə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.

Bu yolda işıqlı gəncimizə uğurlar, gələcəkdə qurmağı planlaşdırdığı karyerasında müvəffəqiyyətlər arzulayırıq.

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM